Karyera

Kadrlar Şöbəsinin müdiri

Anar Bayramov

Əziz dostlar! Həyatda hər bir insanın müəyyən zaman müddətində nail olmaq istədiyi bəzi məqsədləri var. McDonald’s restoranına ilk gəlişimi indiyədək xatırlayıram.

2002-ci ildə mən McDonald’s restoranına gəldim və dondurma sifariş verdim. Bu mənim restorana ilk gəlişim idi. Cəldlik və xidmət mədəniyyəti, restoranın təmizliyi məndə yaxşı təəssürat yaratdı və mən yenidən həmin restorana qayıtdım. Ancaq bu dəfə müştəri qismində deyil, işə qəbul üçün müraciət etməyə gəldim. Təxminən bir həftədən sonra məni McDonald’s-ın Fəvvarələr Meydanında yerləşən birinci restoranına işə dəvət etdilər. İlk günlər mən sıravi əməkdaş kimi işləməyə başladım. Bu mənim ilk işim idi. Ancaq mənim xoşuma gəlirdi ki, çox qısa bir müddətdə işçilər müəyyən edilən təlimlərdən sonra peşəkar kimi artıb yüksəlirdilər. Bu zaman mən də McDonald’s-da karyeramla bağlı düşünməyə başladım. Üzərimdə işləməklə qısa bir zamanda təhsil üzrə təlimatçı vəzifəsinə qalxdım. Sonra mən təlim keçərək menecer, restoran direktorunun assistenti, nəhayət 2008-ci ildə restoranın direktoru vəzifəsinə təyin olundum. Bütün restoranı idarə etmək, restoranda əla iş mühiti yaratmaq və restoranın biznesini inkişaf etdirmək mənim üçün çox xoş idi. Həmçinin qeyd etmək istərdim ki, mən restoranın direktoru qismində Rusiya, Almaniya, Türkiyədə müvafiq təlim proqramlarında iştirak etmişəm və bu, mənim daim inkişaf etməyimə təsir göstərib.

Beləliklə, 2010-cu ildə mən daha bir uğura nail oldum və Kadrlar şöbəsinin müdiri vəzifəsinə təyin edildim. Təbii ki, bu mənim həyatımda çox əlamətdar gün idi.

İşçi heyəti ilə daimi ünsiyyət, restoranlarda pozitiv mühitin yaradılması və əməkdaşların rəsmi şəkildə işə götürülməsi məni bu şirkətə daha çox bağladı. Düşünürəm ki, əgər mənə sıravi əməkdaş vəzifəsindən Kadrlar şöbəsinin müdiri vəzifəsinə yüksəlmək nəsib olubsa, buna hər bir işçi müvəffəq ola bilər.

Həmçinin qeyd etmək istərdim ki, şirkətin əsasını qoyan Reymond Krok 1955-ci ildə özünün ilk restoranını açandan bəri həmişə öz işçilərini yüksək qiymətləndirib və bu ənənə indiyədək qorunub saxlanılır. Məhz R. Krok demişdir ki, “Ayrı-ayrılıqda biz zəifik, ancaq birlikdə biz çox güclüyük” və “Öz işinizi sevin və uğur həmişə Sizi müşayiət edəcək”, ona görə də bizim əməkdaşlar həmişə bizim diqqət mərkəzimizdədirlər.