Karyera

İstehsalat Üzrə Konsultant

Abdullayeva Arzu

McDonald’s-ın geniş ailəsinə 2008-ci il iyul ayının 14-dən qoşulmuşam. Universitet tələbəsi üçün çevik iş qrafiki və mehriban kollektiv çox sərfəli idi. Məhz bu səbəbdən McDonald's-a işləməyə gəldim ve beləliklə, özüm də bilmədən karyeramın ilk addımını atdım. Nəriman Nərimanov metrosu yaxınlığında yerləşən McDonald's-da işləməyə başladım və bu mənim ilk iş təcrübəm oldu. Qısa müddət ərzində imkanlarımı inkişaf etdirməyə başladım və tədricən vəzifədə irəliləyişlər etdim. Təlim kurslarını uğurla keçdim. Bu yolda ustadlarım mənə dəstək oldular və mənə istiqamət verdilər. Mənim üçün burada işləmək çox maraqlı idi. İlk öncə çoxlu yeni biliklər və iş təcrübəsi əldə etdim, idarəetmə bacarıqlarına yiyələndim, ünsiyyət bacarıqlarımı genişləndirdim, komanda işi gördüm və özüm də komandanın bir hissəsi oldum və həyatım tam olaraq dəyişdi. McDonald's-a gəlməklə, böyük və mehriban ailə qazandım və onun bir üzvü oldum. Hal-hazırda mən öz menecerlərimə istiqamət verirəm, ustadlıq edirəm və onların uğurlarını görürəm, bununla da qürur duyuram.

Mən bunu bacardım. Artıq McDonald's Azərbaycanın “İstehsalat üzrə Konsultant” vəzifəsinə təyin olunmuşam və bu hələ başlanğıcdır, çünki imkanlar sərhədsizdir! McDonald's böyük məktəbdir!