Restoranın direktorunun ikinci asistenti

Restoranın direktorunun ikinci asistenti

Babayeva Xəyalə

 Mən 2010-cu ilin dekabr ayında Əcəmi metro stansiyasının yaxınlığında yerləşən McDonald’s restoranında işə başlamışam. Universitetin qiyabi şöbəsində təhsil aldığım səbəbdən, yetərincə boş zamanım  olurdu. Tez-tez metro stansiyalarında McDonald's şirkətinin reklamlarını görürdüm. "Karyeranı Özün Qur!" şüarı məni cəlb etdi. Qərara gəldim ki, özümü sınamalıyam.
Daimi yeniliklər, çevik iş qrafiki, gənc kollektiv, mehriban heyət mənim şirkətdə işimi davam etdirməyə kömək edən meyarlardan oldu. Artıq 2011-ci ildə mən Briqada Rəhbəri vəzifəsinə, 2012-ci ildə isə Menecer vəzifəsinə qədər yüksəldim. Qısa müddət ərzində bu cür vəzifə artımını fikirləşmək mənə də ilk növbədə əlçatmaz kimi görünürdü. Amma insan qarşısına məqsəd qoyduqda, bu o qədər də əlçatmaz görünmür. Hal-hazırda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında fəaliyət göstərən McDonald's restoranında Direktorun 2-ci dərəcəli köməkçisi vəzifəsində işimə davam edirəm.
Mcdonald's ailəsinə qoşulduğum üçün və karyeramı məhz bu şirkətdə qurmaq haqqında düzgün qərar verdiyimə inanıram.