Restoranın direktorunun birinci assistenti

Restoranın direktorunun birinci assistenti

Atakişiyev Elnur, direktorun 1-ci assisenti, Bakı şəhəri.

Mən 2007-ci il iyul ayında hərbi xidməti başa vurduğumdan sonra, özümə yeni iş yeri axtarırdım. Dostum ilə söhbət nəticəsində McDonald’s restoranlar şəbəkəsində vakansiya olduğunu öyrəndim, restorana yaxınlaşıb, CV-mi təqdim etdim və nəticədə geniş McDonald’s ailəsinin bir üzvü oldum. Bu mənim üçün sadəcə yeni iş yeri deyil, həmçinin, yeni imkanlar, yeni tanışlıqlar və yeni dostlar demək idi. Bu çox maraqlıdır! Bu mənim ikinci ailəmdir! Böyük kollektivə qaynayıb-qarışdıqca mən öz üzərimdə işləməyə başladım və bundan böyük zövq aldım. Qısa zamanda mən vəzifə yüksəlişinə nail olaraq, Restoranın Baş Kassiri vəzifəsinə keçirildim. Bir müddət sonra Restoranın Briqada Rəhbəri, daha sonra isə - Menecer vəzifəsinə təyin olundum. Hal-hazırda Restoran Direktorunun 1-ci Köməkçisi vəzifəsində çalışıram.
Mən Sizin nəzərinizə, əsas olaraq, onu çatdırmaq istərdim ki, əgər insan öz qarşısına hər hansı bir məqsədi qoyarsa və bu məqsədə çatmaq üçün əlindən gələn bütün səylə çalışarsa, nail ola bilməyəcəyi heç bir şey qalmır. Artıq 8 ildən çoxdur ki, mən McDonald’s ailəsinin üzvüyəm və bununla da fəxr edirəm!