Karyera

Restoran direktoru

Tahirov Aydın

Mən Makdonalds şirkətinə 2006- cı ilin oktyabr ayında gəlmişəm .O vaxtı mən Azərbaycan Dövlət İqtisad Universitetinin əyani şöbəsinin ikinci kurs tələbəsi idim və hamı kimi məndə Makdonalds şirkətinə müvəqqəti iş yeri kimi işləməyə gəldimişdim .Universiteti bitirdikdən sonra mən öz ixtisasım üzrə işləmək istəyirdim . Makdonalds şirkətinində işləməyi mən ona gorə seçdim ki, restoran mənim evimə cox yaxın idi və əlbətdəki çevik iş qrafikı mənim üçün cox önəmli idi .Diplom müdafiəsi qabağı mənə iki başqa şirkətdən iş təklifi gəlmişdi, lakin mən artıq restoran direktorunun ikinci koməkçisi vəzifəsində çalışırdım və yaxşı əmək haqqım, əla kollektiv, gələcəyə böyük perspektivlər var idi və mən Makdonalds şirkətində tamamilə qalıb işləməyə və öz karyeramı davam etdirməyə qərar verdim. Bizim şirkətdə mən hər bir şeyi çox istəyirəm ! Mənim ustadlarımdan başlayaraq, hansıların ki, onların hesabina mən cox şey bildim və oyrəndim. Gələcəyə mənim böyük planlarım var .Mən hesab edirəm ki, əldə etdiklərinlə kifayətlənmək olmaz ,daima irəliyə dogru getmək lazimdir. Direktor vəzifəsi mənim o cəhətdən xoşuma gəlir ki, sən böyük məsuliyyət daşıyırsan, sənin hərəkətindən və verdiyin qərar bütün böyük kollektivin işinin nəticəsindən asılıdır . Mənə çox xoş gəlir ki mənim bir necə il öncə işə qəbul etdiyim işcilər artiq ozləri menecerlərdi və onlarda öz iş təcrübələrini biliklərini və öz tabeciliyində olanlarlı həvəslə oyrədib bildiklərini bölüşürlər.