Karyera

Restoran direktoru

Süleymanov Ceyhun

Mən həmişə öz sevdiyim işdə çalışmağı arzulayırdım. Hansı ki, bu işə hər gün həvəslə gəlim. İndi çox sevinirəm ki, mən belə bir iş tapmışam və bu işdə işləyirəm. Mən 2007-ci ilin fevralın 5-də Mcdonald’s ailəsinə qoşuldum. Bu mənim ilk iş yerim idi və mən inanırdım ki, bu iş yerimdə özümə karyera qura biləcəm. Mcdonald’s-da olan mehriban kollektiv, təmizlik, rəqabətli əmək haqqı və çevik iş qrafiki məni işləməyə marağımı daha da artırırdı. Həmçinin burada işçilərə böyük qayğı və hörmətin olduğunu gördüm. Beləliklə, mən 2008-ci ildə restoranın briqada rəhbəri vəzifəsinə təyin olundum. Bu mənim Mcdonald’s-da ilk uğurum idi. Bu uğur, məni daha da yaxşı işləməyə həvəsləndirirdi. Beləliklə, mən 2009-cu ildə menecer vəzifəsinə təyin olundum. Daha sonra Direktorun koməkçisi və restoranın Direktoru vəzifəsinə təyin olundum. Mcdonald’s mənim üçün təkcə iş yeri deyil, həmçinin yeni dostlar qazanmaq şansı idi. Mən fəxr edirəm ki, mən indi boyük Mcdonald’s ailəsinin üzvüyəm. Həmişə bütün dostlarıma da Mcdonald’s-da işləməyi məsləhət görmüşəm. Bu gün Mcdonald’s inkişaf edir və bu məni çox sevindirir. Mən öz işimi çox sevirəm və işimlə fəxr edirəm.