Karyera

İstehsalat Üzrə Menecer

Cihan Bıçakçı

1996-cı ildə Türkiyənin İzmir şəhərindəki restoranda dostumun tövsiyəsi ilə yarımştat olaraq, McDonald’s-da karyerama başladım. Bundan sonra Türkiyənin bir çox şəhərində McDonald’s restoranlarında müxtəlif vəzifələr aldım. Sıra ilə qrup üzvü, qrup maarifçisi, qrup şefi, bölüm müdiri, növbə müdiri, müdirin 2-ci assistenti, müdirin 1-ci assistenti vəzifələrindən sonra 2008-ci ildə, növbəti pilləyə qalxmaq üçün Dubaydakı xüsusi kurslara qatıldım. Bu kursları müvəffəqiyyətlə bitirərək, Restoran Direktoru vəzifəsində işə davam etdim.
2008-2014 illəri arasında Restoran Direktoru olaraq, 2014-ci ildə Əməliyyat bölgə üzrə məsulu vəzifəsinə keçdim.
2016-cı ilin iyun ayından etibarən, mənim üçün fərqli bir təcrübə olaraq, ilk dəfə xaricdə çalışıb, McDonald’s Azərbaycan ailəsinə qatıldım. Hal-hazırda burada Operation Konsultantı vəzifəsində çalışıram.
Türkiyədə işə başladığım illərdə müdirlər mənə tez-tez belə bir ifadəni söyləyirdi: "Qanına ketçupu buraxan, sonra bu işdən ayrıla bilməz!". Mən də elə indinin özündə bu ketçupu qanımda hiss edirəm!
Bu il McDonald’s-da 20-ci ilimi qeyd etdim, inanıram ki, daha uzun illər bu ailənin üzvü olmağa davam edəcəm.