Karyera

Restoran direktoru

Atakişiyev Elnur

Mən 2007-ci il iyul ayında hərbi xidməti başa vurduqdan sonra, özümə yeni iş yeri axtarırdım. Dostum ilə söhbət nəticəsində McDonald’s restoranlar şəbəkəsində vakansiya olduğunu öyrəndim, restorana yaxınlaşıb, CV-mi təqdim etdim və nəticədə geniş McDonald’s ailəsinin bir üzvü oldum. Bu mənim üçün sadəcə yeni iş yeri deyil, həmçinin, yeni imkanlar, yeni tanışlıqlar və yeni dostlar demək idi. Bu çox maraqlıdır! Bu mənim ikinci ailəmdir! Böyük kollektivə qaynayıb-qarışdıqca mən öz üzərimdə işləməyə başladım və bundan böyük zövq aldım. Qısa zamanda mən vəzifə yüksəlişinə nail olaraq, Restoranın Baş Kassiri vəzifəsinə keçirildim. Bir müddət sonra Restoranın Briqada Rəhbəri, Menecer, daha sonra isə Restoran Direktorunun Köməkçisi vəzifəsinə təyin olundum. Hal-hazırda Restoran Direktoru vəzifəsində çalışıram və bunu əsil müəllim deyə biləcəyim ustadlarıma borcluyam.
Karyeram ərzində bir sıra restoranlarda işləmişəm. Mənim üçün bu işdə əsas hər gün daha bir yeniliyin öyrənilməsi və bildiklərimi digər işçilər ilə bölüşməyimdir. Mən işimi ona görə daha çox sevirəm ki, hər gün yadda qalacaq nələr isə baş verir. Bir Mcdonalds əməkdaşı kimi qonaqlarımıza təbəssüm,keyfiyyətli qida və təmiz mühit təqdim etmək məni çox fərəhləndirir.
Mən Sizin nəzərinizə, əsas olaraq, onu çatdırmaq istərdim ki, əgər insan öz qarşısına hər hansı bir məqsəd qoyarsa və bu məqsədə çatmaq üçün əlindən gələn bütün səylə çalışarsa, nail ola bilməyəcəyi heç bir şey qalmır. Artıq 9 ildən çoxdur ki, mən McDonald’s ailəsinin üzvüyəm və bununla da fəxr edirəm!