Karyera

Restoran direktoru

Elnur İskəndərov

McDonald’s-da karyeram olduqca maraqlı başlamışdı. Əvvəlcə bir neçə işdə özümü sınamağa çalışdım. Amma bu işlərin heç biri ürəyimə yatmırdı. Nəticədə maddi tələbatları ödəmək və uğurlu məqsədi ilə 2007-ci ildə McDonald’s şirkətində işə başladım. İlk iş günümdən başlayaraq məni burada böyük, qonaqpərvər və mehriban bir ailə qarşıladı. Çox xoşbəxt idim. Çünki burada sanki özümü yaxınlarımın əhatəsində hiss edirdim. Səbəb isə çox sadə idi - burada özümə yeni dostlar tapdım, daim iş yoldaşlarımın köməyi və dəstəyini hiss edirdim.
Artıq bir neçə ay bu böyük şirkətdə çalışdıqdan sonra karyeramda ilk yüksəlişi əldə etdim. Rəhbərlik məni Təlimatçı vəzifəsinə layiq gördü. Və 1 il ərzində artıq Menecer vəzifəsinə qədər yüksəldim.
Hal-hazırda mən kompaniyada Restoran Direktoru vəzifəsində çalışıram. Əldə etdiyim uğurlara görə öz ustadlarıma çox minnətdaram. Çünki onlar daim mənə yol göstərir, dəstəkləyir və düzgün istiqamətləndirirdi.
İş zamanı qazandığım təcrübə mənim inkişafımda çox böyük rol oynadı. Mən öz işimi çox sevirəm! Fəxr edirəm ki, McDonald’s kimi, böyük bir ailənin üzvüyəm!