Karyera

İstehsalat Üzrə Konsultant

Mahmudov Emil

AZDİU-nun üçüncü  kurs tələbəsi olduğum zaman cib xərclərimi ödəmək üçün  özümə iş axtarmağa başladım. Bundan xəbər tutan dostum mənə   McDonalad’s-da vakansiya olduğunu söylədi. Mən dərhal bura müraciət etdim. İki gün keçməmiş  müsahibəyə dəvət olundum və 28 iyun 2007 ci il tarixindən etibarən McDonald’s şirkətində Briqada Üzvü vəzifəsində işləməyə başladım. Burada çevik iş qrafiki, gülərüzlü kollektiv və əmək haqqı məni tam qane edirdi. İşçilərə qarşı hörmət və qiymətləndirmə məni McDonald’s-a daha da möhkəm bağladı. Təhsilimi bitirdikdən sonra mən hərbi xidmətə çağırıldım. Hərbi xidməti bitirdikdən sonra mən McDonald’s şirkətinə qayıtmağa qərar verdim  və burada karyeramı qurmağı qarşımda məqsəd qoydum.  6 ay işlədikdən sonra mənə təlimatçı kurslarına getməyi təklif etdilər. Bu gün mən artıq McDonald’s şirkətində Direktor vəzifəsində işləyirəm. Artıq 7 ildir ki, McDonald’s ailəsinin  üzvüyəm, və bu ailə gündən-günə böyüməyə davam edir. Mən öz işimi çox sevirəm və qazandığım nailiyyətlərlə kifayətlənməyi  planlaşdırmıram. Mən çox şadam, ki  McDonald’s-a işə düzəlməklə düzgün qərar vermişəm.