Balıq

Masanızdakı balıq hardandır?

İnsanların qayğısına və ətraf mühitin mühafizəsinə əsaslanan ekoloji səmərəli inkişafa dəstək olan McDonald’s şirkəti 2011-ci ilin oktyabr ayından Avropadakı McDonald’s restoranlarına gün ərzində gələn 13 milyondan çox insan Dəniz Resursları üzrə Nəzarət Şurası – Marine Stewardship Council (MSC) tərəfindən sertifikatlaşdırılmış balıq ala biləcəklərini elan etmişdir.

McDonald’s kulinariya məktəbi
İlk balıq sendviçi File-o-fiş 1962-ci ildə Oqayodakı McDonald’s restoranlarının menyusunda peyda olunmuşdu. Bir il əvvəl biz balıq menyusuna Fiş Roll-u da əlavə edərək çeşidi artırdıq. 2011-ci ilin oktyabrından McDonald’s şirkəti Avropanın Dəniz Resursları üzərində Nəzarət Şurasının – Marine Stewardship Council (MSC) mavi eko-markası ilə qablaşdırmanı tətbiq etdi.

Məşhur File-o-fiş və Fiş Roll-un hazırlanmasında dənizdə tutulan yalnız treska cinsindən olan ən yaxşı balıqlardan – treska, pikşa, makruronus, mintaydan istifadə edilir.

File-o-fiş-ə bir qədər tündlük vermək üçün biz onun üzərinə klassik Tartar sousu, Fiş Roll-a isə Pesto sousu əlavə edirik.

Biz yalnız MSC (Dəniz Resursları üzərində Nəzarət Şurasının) standartlarına cavab verən və müstəqil sertifikatlaşmadan keçən, ehtiyatların tükənməsi təhlükəsi olmayan və ekosistemlərinə zərər vurmayan vətəgələrdə tutulmuş balıqlardan istifadə edirik.

Biz zərif fileləri unlama ilə örtürük və mənfi 18C-yə qədər tez dondururuq, bu isə onun keyfiyyətini və qida dəyərini itirmədən daşınmasına və saxlanılmasına imkan verir.

Restoranda isə məhsul qızılı, xırçıltılı qabıq əmələ gələnə kimi yağda qızardılır.