Karyera

Restoran direktoru

Zərbəliyeva Gülnarə

Mən Mcdonalds şirkətinə 2006-cı ildə gəlmişəm. Məni buraya kollektivdə işləmək cəlb etmişdir. Briqada üzvü kimi ilkin vəzifədən başlayaraq öz səylərim və yaxşı işləməyim sayəsində karyeramı artıra bilmişəm və hal-hazırda restoran direktoru vəzifəsini icra edirəm.
Şirkət mənə sabitlik bəxş etmişdir, özümə əmin olmuşam, ən başlıcası isə öz gələcəyimə əminəm. Mcdonalds sayəsində bir çox maraqlı tanışlıqlar və dostlar əldə etmişəm, onlarla işdən kənarda da əlaqə saxlayıram. İşdə mənim üçün kollektiv çox vacibdir, həmişə insanları birləşdirməyə çalışıram, komanda yaratmağı bacarıram və bu mənim güclü tərəfimdir.

Direktor restoranın bütün daxili dövriyyəsinə, biznes-proseslərə, əməkdaşların təlim və adaptasiyasına görə məsuliyyət daşıyır. Bu cür rəhbər, səmərəli işləməsi üçün mühüm olan bir sıra keyfiyyətlərə malik olmalıdır. Məsələn, direktor düzgün və ədalətli, məqsədyönlü olmalıdır, öz ideyalarını insanlara çatdırmalıdır və bəlkə də, ən əhəmiyyətlisi odur ki, o, hətta ən çətin hallarda müsbət əhvala malik olmalıdır.

Mən, karyera artımının əsas məqsədim olmasını deməyə hazır deyiləm, mənim məqsədim - peşəkar inkişaf və əlbəttə ki, əməkdaşlarımın inkişafıdır. Məqsəd qoymaq və mümkünsüz olanın mümkün olmasını öz timsalımda göstərərək ona nail olmaq mənim üçün maraqlıdır. Hesab edirəm ki, əgər insan nəyisə ürəkdən istəyərsə, onun nə isə etmək arzusu olarsa və təkcə pul naminə olmadan səylə işləyərsə, bu zaman nəticə də yaxşı olacaq!