Təlim üzrə təlimatçı

Təlim üzrə təlimatçı

Əhmədova Gövhər

Həyatda hər bir insanın arzusu xəyallarında olan ideal iş yerini tapmaqdır. McDonald’s restoranında Hostess vəzifəsində işləyən rəfiqəmlə tanışlığımdan əvvəl mənim belə bir arzum, xəyalım yox idi. Onu görmək üçün işlədiyi restorana gələndə, mən hər dəfə işçilərin necə ruh yüksəkliyi ilə işlədikləninin şahidi olurdum. Və rəfiqəmin McDonald’s restoranının kollektivi, iş şəraiti, iş qrafiki haqqında müsbət rəyləri nəticəsində mən də bu restoranda işlə qəbul olunmaq qərarına gəldim. Bunun üçün müraciət etdikdən qısa müddət sonra Fəvvarələr Meydanında yerləşən birinci McDonald’s restoranında işə başladım. İlk günlərdən mehriban kollektiv, rahat iş şəraiti, iş qrafiki mənim, həqiqətən, çox xoşuma gəldi. Və mən həvəslə işləməyə başladım. Tezliklə restoranın rəhbərliyi məni təlimatçı kurslarına yönləndirdi. Mən uğurla bu kursları bitirdim. İşə başladığım gündən 6 ay sonra artıq mən Briqada Rəhbəri vəzifəsində işimi uğurla davam etdirdim. Az müddət ərzində bu cür yüksəliş mənim üçün çox sevindirici hal oldu.
Artıq mən 1 ildir ki, McDonald’s restoranında çalışıram. Gələcəyə planlarım çoxdur. Hesab edirəm ki, əldə olunanlarla kifayətlənmək düzgün deyil. Hər hansı məqsədə çatmaq üçün, qarşına bu məqsədi qoymaq və ona nail olmağa çalışmaq lazımdır.