Karyera

Restoran direktoru

Nəcəfqulubəyova İradə

Hər bir insanın həyatda arzusu var!
Mənim də arzum xəyallarımda ideal olan iş tapmaq idi. İnsan üçün ideal iş nədir? Bu, sənin həvəslə getdiyin, sənə qiymət verilən və hörmət edilən yerdir ki, burada sən ilk baxışdan imkansız görünən zirvələrə müvəffəq ola bilirsən! Mənim iş haqqında fikirlərim, ideal iş yeri barəsində bütün təsəvvürlərim McDonald’s şirkərində gerçəkləşdi.

1999-cu ilin sentyabr ayında restorana ilk gəlişim indiyə kimi yadımdadır. O zaman Azərbaycanda ilk McDonald’s restoranı açılırdı və mən anketimi verərək yeni şirkətdə özümü sınamaq istədim. Ertəsi günü məni müsahibəyə dəvət etdilər. Restoranın direktoru ilə söhbət etdikdən sonra mən başa düşdüm ki, bu mənim uzun müddət axtardığım və işləmək istədiyim yerdir. O gündən McDonald’s şikətində mənim çox gözəl yolum və karyera yüksəlişim başladı.

Mən zalın sahibəsi vazifəsinə işə düzəldim. Əla kollektiv, çevik iş cədvəli, iş yerinin evə yaxın olması – bu, mənim üçün ideal şərtlər idi! Həmçinin yaxşı iş göstəricilərinə görə əlavə bonuslar ala bilmək imkanı məni yaxşı mənada təəccübləndirdi. Yaxşı iş – sənin hər gün getmək istədiyin yerdir.

Xostessa vəzifəsində işlədikdən sonra, mən başa düşdüm ki, nail olduğum səviyyədə dayanmaq istəmirəm və öz üzərimdə işləməyə başladım. Bu, öz nəticələrini verdi. Qısa zaman müddətində mən əvvəlcə təlimatçı, sonra isə restoranın meneceri vəzifəsinə kimi yüksəldim. Menecer vəzifəsində özümü doğruldandan sonra, mən direktorun müavini vəzifəsində öz karyeramı davam etdirdim və 2011-ci ildə restoranın direktoru vazifəsinə kimi yüksəldim.

Direktor vəzifəsinə təyin olunduğum anda arxaya baxıb gördüm ki, nə vaxtsa restoranı özüm idarə edəcəyimi, biznesi inkişaf etdirəcəyimi, kollektivlə çalışacağımı, nəhayət bir vaxtlar özümün düşdüyüm qarşılıqlı hörmət və etibarlılıq mühitini yaradacağımı xəyalıma belə gətirə bilməzdim. Şirkət mənə sabitlik, perspektiv və öz gələcəyimə inam verdi!

Həmçinin qeyd etmək istərdim ki, mənim kimi şirkətə adi işçi qismində gələn, indi isə menecer və assistent vəzifələrində işləyərək restoranı idarə etməyə kömək edən insanlar ilə çalışmaq çox xoşdur.
Direktor vəzifəsində çalışdıqca başa düşürəm ki, bu – hələ son deyil. İşimizdə ən əsası – işi sevib müvəffəqiyyətə inanmaqdır!