Karyera

Restoran direktoru

Dejikova İrina

Mən həmişə özümə uyğun iş axtarırdım ki, burada məni anlasınlar və qəbul etsinlər. O iş ki, hər səhər bu işə mən gedə bilim və belə yer mənim üçün McDonalds restoranı oldu.

İlk öncə məni bu kompaniyaya bağlayan çevik, fərdi iş cədvəli, mehriban kollektiv və restorandakı pozitiv əhval ruhiyyə oldu. Tez bir zamanda bütün işçilər mənim üçün doğma oldular. Demək olar ki, öz ailəmin bir parçasına çevrildilər. İş çox maraqlıdır. Mənim üçün ən önəmli faktorlardan biri də stabillik idi ki, onu da mənə burada tapdım.

Addım ba addım vəzifəyə yüksələrək mən Restoran Direktoru vəzifəsinə yüksəldim. Hər yeni vəzifə artımında mən öz biliyimi və təcrübəmi mənimlə birlikdə vəfizəyə yüksələn iş yoldaşlarımla bölüşürdüm. Biz artıq böyük bir ailə olmuşduq. Komanda şəklində işləmək, bir birimizə daima arxa və kömək olmaq işimizi hər dəqiqə daha da gücləndirir.

Mən bilirəm ki, bu mənim sonuncu vəzifəm deyil. McDonalds-da hər an öz işinə məsuliyyətlə yanaşan və həvəslə işləyən hər bir əməkdaşı üçün qapıları açıqdır. Ən əsası özünə inanmaq və öz işini sevməkdir!