Ət

ƏT HAZIRLANMA SEXİ

McDonald’s-da ancaq cavan congə ətindən istifadə edilir. Ətin identifikasiyası və laylay yığılması prinsipi işləyir: hər bir cöngənin başı identifikasiya nömrəsinə malikdir, sonra cəmdək yarıya bölünür.

SOYUQ EMAL SEXİ

Kəsimdən bu sexə göndərilənədək 1 saat 20 dəqiqə çəkir. Soyudulma emalında cəmdəklər pH turşuluğu səviyyəsini almaq üçün 24 saat saxlanılır. Bundan sonra ətin temperaturu 2-4 dərəcə təşkil edir. Turşuluğun səviyyəsi ona görə tarazlaşdırılır ki, ətin ideal keyfiyyət dadı təmin olunsun. İstehsal üçün gətirilən ətin temperaturu mütləq (+2)—(+4) dərəcə olmalıdır. 1 dərəcə belə yüksək olması o deməkdir ki, məhsul geri qaytarılır.

ƏTİN SÜMÜKDƏN AYRILMASI

Mal ətinin hazırlanması (+12)—(+14) dərəcədə aparılır. Gün ərzində məhsuldarlıq sümükdən ayrılmış 45 ton ət deməkdir. Bundan başqa, ətin təmasda olduğu avadanlıqların bütün hissələrində texnoloji fasilə zamanı yuyulan mayedən tədqiqat üçün nümunə götürülür (proses sutka ərzində 3 dəfə saxlanılır ki, konveyerin bütün hissələri yuyulsun). İnventarın emal temperaturu 82 dərəcəyə bərabərdir, sterilizatorda bütün bıçaqlar təmizlənir, həmçinin keyfiyyətli və təmiz məhsulun alınması üçün ətin bütün emal prosesində maksimum sterillik təmin olunur.

McDonald’s üçün əti sümükdən ayırma McDonald’s-ın xüsusi texnologiyası ilə aparılır. Bu səbəbdən də istehsala gedən xammal partiyasında bərabər payda döşəti, pəncələr və çanaq hissəsi olur.

LABORATORİYA

Ət xammalının sonuncu yoxlanması keyfiyyətə nəzarət şöbəsi tərəfindən aparılır və laboratoriya üçün mikrobioloji analiz götürülür. Aşağıdakı göstəricilər yoxlanılır: mikrobiologiya, (pH) turşuluq və başqa normadan kənara çıxmalar.

Mütləq bütün məhsullar markalanır. Tələbnaməyə əsasən, qablaşmanın üzərindəki kodla istənilən restoran onlara daxil olan ətlə bağlı 3 gün ərzində telefon vasitəsilə bütün məlumatları əldə edə bilər. Yerigəlmişkən, bu cür “şəffaflıq”, McDonald’s-ın heç bir istisna təşkil etmədən bütün tədarükçüləri qarşısında qoyduğu əsas tələblərdən biridir.