Karyera

Restoran direktoru

Micəfərov Emin

Mən 2005 – ci ildə 1-ci kurs tələbəsi olarkən, oxumaqla birgə işə düzəlmək istədim. Seçim kimi – azad iş rejimi (qrafiki) olan və tələbəliylə birgə işləmək şəraiti yarada bilən iş axtarışına başladım. Tezliklə elanlardan McDonalds şirkəti haqqında məlumat aldım və iş üçün gənclik metrosu yaxılığında yerləşən Mcdolads-a yaxınlaşdım. Beləliklə 2005 ci ildə oktyabr ayında Mən “Gənclik metrosu” yaxınlığında yerləşən McDonalds ailəsinin bir üzvü oldum. Bir müddət işləyib Mən əmin oldum ki iş üçün düzgün seçim etdim. Buna səbəb kimi: çevik qrafik, mehriban kollektiv, müdriyyət tərəfindən tapşırılıqların düzgün verilməsi və iş göstəricilərin düzgün qimətləndirilməsi oldu. Bu şəraitdə Mən daha həvəslə işləməyə hazır idim.Vaxt keçdikcə Mən öz bacarıqlarımı, savadımı, işə olan marağımı və istəyimi istifadə edərək, ustadlarımın köməyi ilə pillə-pillə vəzifə koryerasında yüksəldim. Hal hazırda Mən restoran direktoru vəzifəsində çalışıram və bununla fəxr edirəm. Düşünürəmki : bu hələ son deyil, çünki McDonaldsda karyera üçün imkanlar çox genişdi və çeşidlidi. Bu Mənim arzuladığım, zövq aldığım ən gözəl iş yeridi. Mən bu gün qürurla deyə bilərəmki : “McDonalds mənim 2-ci ailəmdi”, çünki məhz burada neçə illər ərzində karyera dərsləri ilə birgə Mən həyat dərsləridə almışam. Mənim McDonalds ailəmin qapısı mənim kimi hər bir kəsin də üzünə açıqdır.