Karyera

Restoran direktoru

Məmmədov Orxan

Mən 160 saylı orta məktəbi bitirdikdən sonra Bakı Biznes Universitetinə daxil oldum. Bu vaxtdan özümə çevik iş cədvəli olan bir iş axtramağa başladım ki, eyni zamanda həm oxuya, həm də işləyə bilim. Axtardığım iş yeri mənim üçün McDonald’s şirkəti oldu. İlk iş günündən böyük və mehriban iş kollektivi mənim çox xoşuma gəldi. Burada mən özümə yeni yoldaşlar tapdım. Tez bir zamanda mən başa düşdüm ki, burada həm pul qazanmaq, həm də karyera yüksəlişi əldə etmək olar. Öz işimə məsuliyyətli yanaşıb, verilən tapşırıqları vaxtında yerinə yetirirdim. Tezliklə restoran rəhbərliyi məni təlimatçı kurslarına göndərməyi qərar verdi və mən uğurla bu kursları bitirərək, özüm təlim keçməyə başladım. Tezliklə mən yeni vəzəfələrə uğurla addımlamağa başladım və restoranın meneceri, restoran direktorunun köməkçisi vəzifələrinə yüksəldim. 2014-cü ildən etibarən artıq Restoranın Direktoru vəzifəsinə təyin olundum. Mən öz şəxsi praktikamdan anladım ki, hər bir insan qarşısına məqsəd qoyaraq, bu məqsədə nail ola bilər!