Kartof

McDonald’s üçün kartof necə becərilir?

SAHƏ

McCain-nə məxsus Polşadakı fermer təsərrüfatı il ərzində McDonald’s-ı 50 min ton kartof ilə təchiz edir. Toxumun seleksiyasından tutmuş saxlama anbarlarına yığılmasınadək bütün becərmə prosesinə МААР aqrotexnologiya proqramı (McDonald’s Agricultural Assurance Program) tərəfindən daimi nəzarət edilir. McCain şirkəti tərəfindən təchiz edilən kartofun tərkibinə genetik modifikasiya olunmuş məhsullar daxil deyildir, bu müvafiq Avropa sertifikatı ilə təsdiq edilib. Keyfiyyətli xırçıldayan fri kartofunun hazırlanması üçün yalnız 9 kartof sortu yararlıdır. Onlardan ikisi – Santana və Innovator – McCain şirkətinin sahələrində becərilir. Bu kartofların yumruluğu silindrik formada olur və uzun müddət saxlamaq mümkündür. Bu növ kartoflar tərkibində quru maddələrin yüksək miqdarı və xəstəliklərə qarşı təbii davamlılığı ilə fərqlənir.

ANBAR

Kartof canlı orqanizm olduğuna görə anbarda onun vəziyyəti daimi avtomatik nəzarət altındadır. Bu, cücərmənin qarşısını almağa, onların bütövlüyünü qorumağa və yığım zamanı aldığı zədələrin böyüməməsinə imkan yaradır.

ZAVOD

Anbardan kartof avtomatik seçim sexinə daxil olur. İri yumrular fri kartofu, xırdalar isə püre və dilimlər üçün ayrılır. Sonra yumrular buxarla təmizlənir, iri zədələri kənarlaşdırılır və doğranılır. Kartofun qaralmaması və yağı canına çəkməməsi üçün doğranılmış dilimlər soda əlavə olunmuş qaynar suda qaynadılır, sonra əsaslı qurudulur. Kartoflar McDonald’s tərəfindən təsdiq edilən yağda qızardılır. Sonra soyudulma və şok dondurulma, paylaşdırma və qablaşdırma prosesləri bir-birini əvəzləyir. İndi restoranda məhsulu yalnız “tamamlamaq” qaldı.

LABORATORİYA

Mikrobioloqlar və keyfiyyətə nəzarət şöbəsi kartofun üzərində sonuncu yoxlamanı keçirir. İstənilən müştəri 2 saat ərzində bu kartof partiyası ilə bağlı tam məlumatı telefon ilə əldə edə bilməsi üçün məhsul markalanır. McCain-nin bütün zavodlarında kritik nöqtələrdə nəzarət sistemi HACCP fəaliyyət göstərir və bu hər il McDonald’s nümayəndələri tərəfindən audit edilir.