Restoran işçisi

Restoran işçisi

Hüseynov Ruslan Yusif oğlu, Bakı şəhəri

Mənim şirkətə gəlişim 2009-cu il, avqustun 31-nə təsadüf edir. Mənim qardaşım bu şirkətdə məndən əvvəl işləməyə başlayıb. Qardaşımın necə ruh yüksəkliyi ilə işlədiyini gördükdə mən də burada işləməyi qərara aldım.

İşə başlayandan sonra kollektiv və həmçinin menecer komandası arasında dostluq münasibətini gördükdə mənim işə olan marağım gündən-günə daha da artmağa başladı. Bundan başqa, çevik iş cədvəli mənə eyni vaxtda həm işləməyə və həm də oxumağa imkan yaratdı. Burada çalışdığım müddətdə özümə çoxlu dostlar qazandım. Mən futbolla çox maraqlanıram və MsDonald’s restoranları arasında futbol çempionatının keçiriləcəyini eşidəndə, çox sevindim və öz restoranımızın komandasında oynamağa başladım. Nəhayət ki, Nərimanov rayonu ərazisindəki restoranın komandası 2012–ci ildə çempion titulunu qazandı. Həmin gün mənim üçün çox əlamətdar idi. MsDonald’s-da işləmək və dünyada məşhur olan bir şirkətin işçisi olmaq mənim çox xoşuma gəlir.