Karyera

IT Layihə Meneceri

Samirə Bağırova

Mən McDonald’s şirkətinə 1999-cu ilin oktyabr ayında gəlmişəm. O zaman mən universitetin magistraturasında ikinci kursda oxyurdum və tədris ocağını bitirməyimə bir ildən az vaxt qalmışdı.

O il Azərbaycanda ilk McDonald’s restoranı açılmışdı və rəfiqəmlə mən təhsilimizi bitirənə qədər dünyanın ən məhşur şirkətlərinə işə düzəlməyi qərarlaşdırdıq. McDonald’s mənə çevik iş cədvəli təqdim etdi, bu isə mənə eyni zamanda oxuyub işləməyə şərait yaradırdı, həm də sevindirici hal idi ki, restoran universitetimə yaxın yerləşirdi. Belə ki, ilk günlərdən McDonald’s-da iş mənim xoşuma gəldi. Çoxlu tanışlarım, dostlarım oldu. Mənim səylərim və işim ustadlarım tərəfindən qeyd edilirdi və artıq bir ildən sonra mən ilk vəzifə yüksəlişinə nail oldum. Əlbəttə, nail olduğumla kifayətlənmək istəmirdim və bu səbəbdən böyük məmnuniyyətlə yeni biliklərə yiyələnərək idərəetmə və insanlar ilə ünsiyyət bacarıqlarımı inkişaf etdirirdim. Bu gün isə mən öz menecerlərimlə təcrübəmi paylaşır, onlara yaxşı xüsusiyyətlərinin üzə çıxarılmasında köməklik edirəm. Bizim işimiz hər gün maraqlı keçir. Bu gün mən artıq şirkətdə İstehsalat üzrə Konsultant vəzifəsində çalışıram. Mən McDonald’s-da işlədiyim müddətdə əldə etdiyim nailiyyətlərimlə fəxr edirəm.