Keyfiyyət

Restoranlarda məhsulların təhlükəsizliyi və keyfiyyəti

McDonald’s şirkətinin başlıca iş prinsipi qida məhsullarının keyfiyyətini və təhlükəsizliyini təmin etməkdir. Bu eyni şəkildə fermaya/sahəyə, istehsalata, restoranlara və istehlakçıya aiddir.


McDonald’s restoranlarının menecer və işçiləri müştərilərə yüksək keyfiyyətli məhsulları təqdim etmək, xidmət mədəniyyətini saxlamaq və restoranların təmizliyi üçün məsuliyyət daşıyırlar. Yeni işçilərimizin ilk təlim günü məhz sanitariya, təmizlik və qida təhlükəsizliyi mövzularına həsr olunur.

Bizim restoranlarda HACCP planı tətbiq olunub və fəaliyyət göstərir. Bu prosesə 1995-ci ildən Avropa Komissiyasının qida məhsullarının gigiyenası direktivasına (93/43/EEC) uyğun olaraq start verilib.

Bütün proseslər məhsulların qəbul olunmasından başlayır və məhsul müştəriyə təqdim olunana kimi bütün texnoloji proseslərlə nəzarət olunur. Növbə zamanı hər bir məlumat Qida təhlükəsizliyinə nəzarət vərəqinə qeyd olunur, həmin vərəqdə sanitar-gigiyenik tələblərə də nəzarət öz yerini tapıb. Nəzarət yalnız qida təhlükəsizliyi üzrə xüsusi təlim keçmiş menecerlər tərəfindən həyata keçirilir.

Qida təhlükəsizliyinin təmin olunması üçün istehsalat avadanlıqlarının dəqiq kalibrovkası/köklənməsi çox vacibdir.
İstehsalatda və McDonald’s restoranlarında avadanlığa profilaktik baxış və təmir planı həyata keçirilir. Həmçinin avadanıqlar mütamadi olaraq akkreditasiya keçmiş qurumlar tərəfindən kalibrə edilir və sertifikatlaşdırılır.

Vahid avadanlıq, yuyucu vasitələr, təlim proqramı sistemi və bunlara qoyulan ciddi tələblər istənilən ölkədəki istənilən restoranımızda məhsulların keyfiyyət və təhlükəsizliyinə zəmanət verməyimizə imkan yaradır. Restoranlarda istifadə olunan McDonald’s-ın unikal avadanlığı əsl gigiyenik materialı olan paslanmayan poladdan hazırlanıb və böyük istehsalat yükünün öhdəsindən yaxşı gələ bilir.

Restoranların əməkdaşları müştərilərin tam təhlükəsizliyinə zəmanət verir: bizim istehsalat və satış ərazilərimiz bütün sanitar-gigiyenik tələblərə cavab verir.

Bizim məhsulların yüksək keyfiyyətli olmasına sübut olaraq bir göstəricini nəzərinizə çatdırırıq: Biq Mak müştəriyə çatana kimi 98 yoxlamadan keçir.