Keyfiyyət

Bizim tədarükçülər

Tədarükçülər ilə əməkdaşlıq münasibətləri vacib mövzudur. Qida məhsullarının keyfiyyəti ilk növbədə oların hazırlandığı xammalın keyfiyyətindən asılıdır. Xammalın keyfiyyəti isə onun təchizatçısından asılıdır. McDonald’s-da fermadan/sahədən başlayaraq alıcıya çatana kimi məhsulun təhlükəsizliyini və keyfiyyətini təmin edən çoxpilləli sistem fəaliyyət göstərir.
Bu sistemə daxildir:

  • Yalnız təqdir olunan tədarükçülərlə işləmək;
  • Bütün xammalın və son məhsulun spesifikliyinə əməl etmək
  • Restoranların fəaliyyət göstərdiyi ölkələrin standartlarına əməl etmək, yalnız şirkət daxili standartlar daha ciddi olduqda daha ciddi standartlara riayət etmək;
  • Təhlükəsizlik və keyfiyyət sisteminin hər bir mərhələsində yoxlama aparmaq və bu sistemin təkmilləşdirilməsi.

Hər bir məhsul istehsalçısı McDonald’s tədarükçüsü ola bilməz.
Bunun üçün nə lazımdır?

Hər bir xammalın və yekun məhsulun spesifik xüsusiyyətləri var və bu təhlükəsizlik, keyfiyyət, saxlanılma şərtləri, qablaşdırma, daşınma və s. parametlərdə öz əksini tapır. Tədarükçülər üçün keyfiyyət və təhlükəsizlik üzrə tələblər hazırlanıb.
Mütləq şərtlər:

  • qidanın təhlükəsizliyinə cavabdeh şəxs;
  • qidanın sınanmış və təkmilləşdirilmiş təhlükəsizlik sistemi;
  • qidanın təhlükəsizliyi üzrə bütün əməkdaşların təlimatlandırılması;
  • məhsulun izlənməsi proqramı (identifikasiya imkanları – traceability system);
  • sanitar audit proqramı;
  • zərərvericilərə nəzarət proqramı və s.

Keyfiyyətə nəzarət və zəmanət şöbəsinin nümayəndələri mütləq tədarükçünün istehsal yerinə baş çəkir, yuxarıda göstərilən sənədləri ona təqdim edirlər, həmçinin sanitar-gigiyenik standartlar, GMP, istehsal texnologiyaları ilə bağlı tövsiyyələr verirlər. Tədarükçünün sənəd və sertifikatlarla təsdiqlənmiş sorğulara cavab verən şəraiti olduğu halda, yaxud tədarükçünün tələb olunan tövsiyyələri yerinə yetirəcəyinə və bütün standartlara cavab verəcəyinə hazır olduğunu sübut etdiyi halda, McDonald’s şirkəti birgə əməkdaşlığın müzakirəsinə başlamağa hazırdır.

Spesifikasiya, keyfiyyət və təhlükəsizlik üzrə tələblər, məhsulun standartlara uyğun olmadığı halda qaytarılması və sair əməkdaşlıq məsələlərinə aid olan sənədlər mütləq imzalanmalıdır, həmçinin birinci məhsul partiyası göndərilməzdən əvvəl təhlükəsizlik üzrə audit keçirilməlidir.

Bizim tədarükçülər yemlərə və toxumlara böyük diqqət ayırırlar, heyvanların yemləmə komplekslərində saxlama şəraitinin yaxşılaşdırılması üzrə proqram hazırlanaraq həyata keçirilir. Mövcud keyfiyyətə nəzarət sisteminin genişləndirilməsi və McDonald’s şirkəti üçün istehsal olunan məhsullarda istifadə edilən xammalın keyfiyyət xüsusiyyətlərinin yüksəldilməsi ilə bağlı kənd təsərrüfatı məhsullarının təhlükəsizliyi və keyfiyyətinin təminatı üçün nəzarət proqramı (MAAP) hazırlanmışdır.

McDonald’s-ın tərəfdaşı olmaq asan deyil, çünki şirkət öz tədarükçülərini diqqətlə seçir, onlar Azərbaycan Respublikasının bütün standartlarına və McDonald’s-ın standartlarına uyğun olmalıdırlar. Xammal tədarükçüləri ilə böyük iş aparılır ki, onlar istehsalat prosesinin təşkili və təhlükəsiz, keyfiyyətli məhsulun hazırlanmasında McDonald’s-ın tələblərini təmin etsinlər.
McDonald’s şirkəti ilə iş birliyi sayəsində bizim tədarükçülər öz müəssisələrində çoxlu iş yerləri yaradıblar.