Tərəvəzlər

McDonald's-ın tərəvəz tədarükçüsündə xiyar, pomidor, göyərti və salat kimi tərəvəzlərin soyuqdan qorunması və ekoloji cəhətdən təmizliyini təmin edilməsi üçün onlar istixanalarda yetişdirilir. McDonald’s üçün tərəvəz və göyərti tədarükçüsü olan “A Aqro” aqrofirmasında mühafizə olunan torpaq ərazisi 3 hektar təşkil edir. İstixanalardakı torpaq yalnız təbii orqanik komponentlərdən ibarətdir.

Burada adi salatla yanaşı onların ekzotik növləri də becərilir: lollo rosso, lolla byanka, rukkola, romano.

Salat sexi

McDonald’s Azərbaycan şirkəti ilə “A Aqro” aqrofirmasının əməkdaşlığı hələ 2000-ci ildən başlayıb. Məhsulun McDonald’s-a istifadəyə tam hazır vəziyyətdə daxil olması üçün o, emalın bütün mərhələlərindən keçir. Tərəvəzlər, salatlar, göyərti Reverse Osmosis sistemi ilə təmizlənmiş suda yuyulur, təmizlənir, doğranılır və qablaşdırılır. ““A Aqro” aqrofirmasında konservantlardan istifadə olunmur.
Bu səbəbdən də doğranılmış tərəvəzlərin və salatların saxlama müddəti 7 gündən çox deyil. Tərəvəzlərin hazırlanması üçün istifadə olunan bütün sexlərdə il ərzində +2...+4°С temperaturu saxlanılır. Bu tərəvəzlər üçün ideal şəraitdir. Belə temperaturda xəstəlik törədən bakteriyaların yaşaması mümkün deyil. “A Aqro” aqrofirmasının bütün məhsulları ekoloji cəhətdən təmizdir.