Выберите название населенного пункта или определите его автоматически

Bizim kadrlar

Restoran direktoru

Adilxanov Kamran

Mən, Adilxanov Kamran 2006-ci ildə Bakı Dövlət Universitetinə daxil olmuşam.2008-ci ildə isə öz cib xərclərimi ödəmək üçün işləmək qərarına gəldim.

Buna görə 2008-ci ildə Fəvvarələr meydanında yerləşən McDonad’s restoranına iş üçün müraciət etdim və həmin restoranda briqada üzvü kimi işə başladım. İlk gündən etibarən McDonald’s kollektivində olan komanda işi, çevik iş qrafiki diqqətimi cəlb etdi və mən məhz bu şirkətdə karyera qurmağı özümə məqsəd qoydum. Qarşıma qoyulan məqsəd məni karyeramda pillə-pillə qaldıraraq,01.11.2018-ci ildə Direktor vəzifəsinə çatdırdı.
İnanıram ki, McDonald’s-da məni hələ bir çox karyera yüksəlişləri gözləyir və mən bu böyük ailədə yeni nailiyyətlər və uğurlar əldə edəcəyəm.