Выберите название населенного пункта или определите его автоматически

Bizim kadrlar

İstehsalat Üzrə Menecer

Cihan Bıçakçı

1996-cı ildə Türkiyənin İzmir şəhərindəki restoranda dostumun tövsiyəsi ilə yarımştat olaraq, McDonald’s-da karyerama başladım. Bundan sonra Türkiyənin bir çox şəhərində McDonald’s restoranlarında müxtəlif vəzifələr təyinat aldım. Sıra ilə qrup üzvü, qrup maarifçisi, qrup şefi, bölüm müdiri, növbə müdiri, müdirin 2-ci assistenti, müdirin 1-ci assistenti vəzifələrindən sonra 2008-ci ildə, növbəti pilləyə qalxmaq üçün Dubaydakı xüsusi kurslara göndərildim. Bu kursları müvəffəqiyyətlə bitirərək, Restoran Direktoru vəzifəsində işə davam etdim.

2008-2014 illəri arasında Restoran Direktoru olaraq, 2014-ci ildə Əməliyyat bölgə üzrə konsultant  vəzifəsinə təyin edildim.

2016-cı ilin iyun ayından etibarən, mənim üçün fərqli bir təcrübə olaraq, ilk dəfə xaricdə çalışmağa başladım və McDonald’s Azərbaycan ailəsinə qoşuldum. 2016 iyun – 2016 Dekabr  aylarında Istehsalat üzrə Konsultant olaraq işə başlamışam.2017 yanvar ayından etibarən Operation Menecer vəzifəsinə yüksəlmişəm. Hal-hazırda burada Operation Menecer vəzifəsində öz karyerama davam edirəm.

Türkiyədə işə başladığım illərdə müdirlər mənə tez-tez belə bir ifadəni söyləyirdilər: "Qanına ketçupu buraxan, sonra bu işdən ayrıla bilməz!". Mən də elə indinin özündə bu ketçupu qanımda hiss edirəm!
Bu il McDonald’s-da 22-ci ilimi qeyd etdim, inanıram ki, daha uzun illər bu ailənin üzvü olmağa davam edəcəm.