Выберите название населенного пункта или определите его автоматически

Bizim kadrlar

Restoran direktoru

Elçin Həbibzadə

Mən, 2007- ci ildə Azərbaycan Texniki Universitetinin “Avtomatika və idarəetmə” fakültəsinə daxil olmuşam. 2009 - cu ildə isə öz cib xərclərimi ödəmək üçün işləmək qərarına gəldim. Bəzi iş yerlərinə müraciyət etdim, lakin, iş qrafikinin uyğunsuzluğu iş tapmağıma maneə olurdu. Sonda, dostumun məsləhəti ilə daim öz liderliyi, birinciliyi, əlçatanlığı ilə özünə cəlb edən McDonlad’s ailəsinə qoşulmağa qərar verdim. Beləliklə, 2009 - cu il fevral ayında, ilk karyera addımlarımı “Gənclik” metro stansiyası yaxınlığında yerləşən McDonalds restoranında briqada üzvü olaraq başladım. Çevik iş qrafiki, mehriban kollektiv, müdriyyət tərəfindən tapşırılıqların düzgün verilməsi və iş göstəricilərin düzgün qimətləndirilməsi məni bu ailəyə daha sıx bağladı.

Həm uğurla dərslərimi yerinə yetirə bilirdim , həmçinin də işimdə müvəffəqiyyətlərə nail olurdum. Həyatda daim qarşıma məqsədlər qoyaraq addımlamağı sevirəm. Məqsədlərim tükənmir.

Qısa müddətdə restoranda kassir vəzifəsinə, daha sonra briqda rəhbəri və 1 il ərzində menecer vəzifəsinə yüksəldim. McDonald’s ailəm məni hərbi xidmətə yola saldı və qarşıladı. İş həyatımda irəlləmə ilə bərabər Univeristetdə magistratura pilləsinə də qalxdım. Hərbi xidmət bitdikdən sonra artıq məqsədlərim daha da böyüdü. İş yerimin məhz bu şirkət olduğunu qərarlaşdırmışdım. McDonald’s böyük bir məktəbdir! Bu məktəbdə ilk öncə çoxlu yeni biliklər və iş təcrübəsi əldə etdim, idarəetmə bacarıqlarına yiyələndim, ünsiyyət bacarıqlarımı daha da genişləndirdim, komanda işi gördüm və özüm də komandanın bir hissəsi oldum.

Beləliklə, 2017 ci ildə mən Azərbaycana ilk olaraq, McDonald’s brendini gətirən “Fəvvərələr meydanında” yerləşən restorana Direktor vəzifəsinə təyin olundum.

Bu yolda, mənə daim dəstək olan, uğurlarıma sevinən və yanımda olan ustadlarıma həmişə dərin minnətdarlığımı bildirirəm.

Əminəm ki, bu mənim son hədəfim deyil, başlanğıcımdır...