Выберите название населенного пункта или определите его автоматически

Bizim kadrlar

Restoran direktoru

Elşən Əskərov

Mən 2008-ci ildə Milli Aviasiya Akademiyasına daxil olmuşam.Elə ilk kursdaca qardaşımın təklifi ilə McDonalds-da işə başladım, və ilk işlədiyim- “Shuvalan Park” TM-də yerləşən McDonalds Restoranı oldu.Elə ilk növbəmdə bu iş-xüsusən də mehriban kollektiv,peşəkar menecer komandası,işçi heyətinə göstərilən münasibət və bu kimi bir sıra xoş təəssüratlar məni özünə cəlb etdi, və mən qəti şəkildə əmin oldum ki,bu şirkətdə hələ çox uzun yollar qət edəcəyəm. Yaxşı iş göstəricilərimə görə 2010-cü ildə təlimatçı vəzifəsinə,elə həmin ildəcə menecer vəzifəsinə yüksəldim.
2012-ci ildə Hərbi Xidmətə yollandım,1 ildən sonra yenidən mənə doğma olan McDonalds ailəsinə qayıtdım və öz qarşıma yeni məqsədlər qoydum.Öz üzərimdə daim çalışaraq ,yeni-yeni biliklər öyrənərək ardıcıl olaraq Direktorun 2-ci müavini,Direktorun 1-ci müavini vəzifələrinə yüksəldim.Nəhayət 2018-c il mart ayının 15-dən “Gənclik” Metrostansiyanın yaxınlığında yerləşən McDonalds Restoranının Direktoru vəzifəsinə yüksəldim.
Bu inkişaf yolunda Mən böyük McDonalds ailəsində çox şeylər öyrənə bilmişəm və bundan sonra da öyrənməkdə davam edəcəyəm.Mən əminəm ki, “Restoran Direktoru” vəzifəsi mənim karyera yüksəlişində son yox,növbəti pillədi və mən bu böyük ailədə yeni-yeni nailiyyətlər,uğurlar  və yüksək vəzifələr əldə edəcəyəm.