Выберите название населенного пункта или определите его автоматически

Bizim kadrlar

Restoran direktoru

Musayev İmamqulu

Mən, Musayev İmamqulu, 2013-cü ildə Bakı Biznes Universitetinə daxil olmuşam. 2014-cü ildə isə öz cib xərclərimi ödəmək üçün işləmək qərarına gəldim və Gənclik metrosu yaxınlığında
yerləşən McDonald’s restoranına iş üçün müraciət etdim. Bir neçə gün sonra müsahibəyə dəvət olundum və 11 mart 2014-cü il tarixindən etibarən McDonald`s şirkətində briqada üzvü
vəzifəsində işləməyə başladım. İlk gündən burada gülərüz kollektiv, mehriban münasibət və çevik iş qrafiki mənim diqqətimi cəlb etdi və McDonald`s şirkətində işləyərək karyera qurmağı
qarşıma məqsəd qoydum. 2014-cü ilin avqust ayında ilk uğurumu qazanaraq briqada rəhbəri vəzifəsinə yüksəldim. Daha sonra 2015-ci ilin fevral ayında menecer, 2016-cı ildə 2-ci assistent ,
2018-ci ildə 1-ci assistent və 2019-cu ildə aprel ayınının 1-dən etibarən bölgədə ilk olaraq Gəncə şəhərində fəaliyyət göstərən McDonald’s restoranına direktor vəzifəsinə təyin olundum.
Əminəm ki, bu mənim son uğurum deyil.
McDonald’s mənim ikinci ailəmdir. Və əgər insan öz qarşısına məqsəd qoyursa, bu məqsədə çatmaq üçün əlindən gələni edərsə, bütün məqsədlərinə nail ola bilər. Bir McDonald’s əməkdaşı
kimi, qonaqlarımıza yüksək təbəssüm ilə, keyfiyyətli qida və təmiz, komfortlu mühit təqdim etməyimiz məni çox fərəhləndirir.
Mən fəxr edirəm ki, böyük McDonald’s ailəsinin üzvüyəm!