Выберите название населенного пункта или определите его автоматически

Bizim kadrlar

Restoran direktoru

Yusifov Elvüqar

McDonald’s ailəsinə 2010-cu ildə 3-cü kurs tələbəsi olduğum zaman qoşuldum. AzDİU-da təhsil aldığım zaman cib xərclərimi ödəmək və iş praktikası toplamaq məqsədilə McDonald’s-da
işləməyə qərar verdim. Beləliklə işə qəbul üçün CV verdikdən sonra müsahibəyə dəvət olundum və Fəvvarələr meydanında yerləşən McDonald`s restoranında işləməyə başladım. Bu mənim ilk işim idi.

Çevik iş qrafiki, komanda işi, dostlar, mehriban menecerlər, karyerada yüksəlmə imkanları və daim öz əməkdaşlarını diqqət mərkəzində saxlayan McDonald’s şirkəti mənim
burada qalaraq daha çox işləyəcəyimə qərar verməyimə səbəb oldu. Çox keçmədi, mən yaxşı iş göstəriciləri ilə fərqlənib lazım olan təlimlərdən keçərək təlimatçı vəzifəsinə yüksəldim.

Hərbi xidmətdən qayıtdıqdan sonra isə yenidən doğma işimə döndüm və McDonald’s-da karyera quracağımı qarşıma məqsəd qoydum. Beləliklə, mən Bakı şəhərinin müxtəlif
yerlərində McDonald’s restoranlarında işləyərək, pillə-pillə yüksələrək menecer, direktorun 2-ci müavini, direktorun 1-ci müavini vəzifələrində işlədim. Nəhayət 2019-cu ildən direktor
vəzifəsinə yüksəldim. Düşünürəm ki, bu hələ son deyil çünki, McDonald’s-da karyera üçün imkanlar çox geniş və çeşidlidir.