Выберите название населенного пункта или определите его автоматически

Bizim kadrlar

Restoran direktoru

Məmmədov Rahil

Mən 2008-ci il fevral ayında McDonald’s ailəsinə qoşuldum. Dostum McDonald’s-da menecer vəzifəsində çalışdığı üçün iş haqqında artıq məlumatlı idim. Beləliklə, mən Gənclik metrosunun
yaxınlığında yerləşən McDonald’s-a gəlib CV doldurdum. Bir müddət sonra həmin restoranın briqada üzvü kimi işə başladım. Burada olan iş qrafiki və komanda işi mənim xoşuma gəldi və
mən artıq başa düşdüm ki, bu iş mənə tam uyğundur. Karyera yüksəlişinin real olduğunu görüb burada karyera qurmağı qarşıma məqsəd qoydum. Bundan sonra yaxşı iş göstəricilərimə görə
xüsusi təlimlərdən keçərək briqada rəhbəri vəzifəsinə təyin edildim. Daha sonra menecer,assistent və nəhayət restoran direktoru vəzifəsinə təyin edildim. Hal-hazırda McDonald’s-da
çalışıram və vaxtı ilə düzgün seçim edərək bu şirkəti daimi iş yeri kimi seçdiyimə görə çoxşadam.