Выберите название населенного пункта или определите его автоматически

Bizim kadrlar

Restoran direktoru

Ramazanov Terlan

Mən 2006-cı il iyul ayının 26-sı McDonald’s ailəsinə qatılmışam. İlk gündən etibarən McDonald’s-ın
kollektivində olan komanda işi, mehribançılıq, sərbəst iş qrafiki diqqətimi cəlb etdi və mən məhz bu
şirkətdə işləyərək karyera qurmağı özümə məqsəd qoydum. Bir müddət sonra 2007 ci ildə təlimatçı,
2008 ci ildə menecer, 2009 cu ildə assistant və 2013 ci il mart ayından etibarən Direktor vəzifəsinə
layiq görüldüm. 2013-2014 illərdə biliklərimin güclənməsi üçün McDonald's şirkəti məni Rusiya və
Almaniyaya təlimlərə göndərdi. 
 
Hal–hazırda  mən Neftçilər metro stansiyasının yaxınlığında yerləşən McDonald’s restoranında Direktor
vəzifəsində çalışıram.
İnanıram ki, bu mənim son vəzifə artımı deyil.