Выберите название населенного пункта или определите его автоматически

 

McDonald’s Azərbaycan restoranda qonaqlarına daha özəl yanaşma təklif edən yeni və yüksək-texnoloji masa arxası xidmətini işə saldı.
Dünyanın bir çox ölkələrində müvəfəqiyyətlə fəaliyyət göstərən masa arxası xidmət texnologiyası indi Azərbaycanda da istifadəyə verilib. Hal-hazırda qonaqlar “Koroğlu” m/s yaxınlığında yerləşən Bravo hipermarketlərində, “Sahil” m/s yaxınlığında, Amburan Mall-da yerləşən McDonald’s restoranlarında masa arxasında göstərilən xidmətdən yararlana bilər. 

Masa arxası xidmət sistemi Azərbaycanda olan McDonald’s restoranlarında xidmət komfortunu yeni səviyyəyə yüksəltmək və hər qonağı daha individual yanaşma ilə təmin etmək məqsədi daşıyır.
Qonağın sifariş etmə prinsipi dəyişməz olaraq qalır: sifariş piştaxtada və ya özünəxidmət köşkündə verilir, sifarişin qəbulu zamanı isə qonaq masa arxası xidmət seçimi edə bilər və bu halda ona unikal nömrəli tent təqdim olunur. Qonaq bu tent ilə restoran daxilində və ya terrasda istənilən yerdə əyləşir, onun sifarişi isə restoran əməkdaşı tərəfindən gətirilir. İndi qonaqlar masa arxasında öz sifarişini gözləyən zaman dostları və ailəsi ilə daha çox vaxt keçirərək rahat ab-havada söhbət edə bilər. 
Əlbəttə ki, qonaqlar öz istəyindən asılı olaraq sifarişini əvvəlki kimi kassadan və ya köşkdən də götürə bilər. Amma kassada sifariş edərək masa arxası xidmətdən yararlanmaq imkanı, sözsüz ki, çoxları tərəfindən pozitiv qarşılanır. Masa arxası xidmətin tətbiqi restoran heyətinin hər bir qonağa müstəsna qonaqpərvərlik və daha rahat, səmimi münasibət göstərməsinə imkan yaradacaq.