Выберите название населенного пункта или определите его автоматически

McDonald’s Azərbaycan, qonaqlarının tələb və gözləntilərinə uyğun olaraq xidmətini durmadan təkmilləşdirir. Tez və keyfiyyətli xidmətin təmin olunması üçün biz mütəmadi olaraq yeni konsepsiya və xidmətlər tətbiq edirik. 

Sevinc hissi ilə bildiririk ki, biz rəsmi tərəfdaşımız Wolt ilə birgə çatdırılma xidmətini işə saldıq. Onun sayəsində siz evdə, işdə və ya dostlarla görüşdə McDonald’s-ın sevimli məhsullarından zövq ala biləcəksiniz!

 

ÇATDIRILMA HANSI RESTORANLARDAN HƏYATA KEÇİRİLİR?

Bakıda aşağıdakı ünvanlarda yerləşən McDonald’s restoranlarından sifariş çatdırılması mümkündür:

  • Sahil metro st. yaxınlığında yerləşən - Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi və Bübül prospektinin kəsişməsində, 207-ci məhəllə, 2-ci giriş;
  • Gənclik metro st. yaxınlığında yerləşən – Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 830-cu məhəllə;

SİFARİŞ WOLT-DA ADİ QAYDADA HƏYATA KEÇİRİLİR?

Bəli. Telefon zəngləri və səsli məlumat qəbuluna ehtiyac yoxdur. Sadəcə Wolt mobil tətbiqinindən yararlanın, siyahıdan sizə ən yaxın McDonald’s restoranını seçin, ünvanınızın çatdırılma ərazisinə daxil olduğuna əmin olun və sevdiyiniz məhsulları sifariş edin! 

Wolt mobil tətbiqini AppStore və ya GooglePlay-dən yükləyin.

SİFARİŞƏ GÖRƏ ÖDƏNİŞİ NECƏ ETMƏK OLAR?

Sifarişə görə ödəniş Wolt tətbiqində bank kartı vasitəsilə həyata keçirilir. Nəzərə alın ki, minimal sifariş məbləği 10 manat təşkil etməlidir.

ÇATDIRILMA XİDMƏTİ HANSI SAATLARDA İŞLƏYİR?

McDelivery 11:00-dan 00:00-dək işləyir.

SİFARİŞİ GERİ QAYTARMAQ OLAR?

Wolt xidməti vasitəsilə edilən sifarişlərlə bağlı bütün sualları Wolt müştəri xidmətlərinə ünvanlaya bilərsiniz.

BƏS RESTORANDA TƏQDİM OLUNAN İSTƏNİLƏN MƏHSULU SİFARİŞ ETMƏK OLURMU?

Biz menyudan maksimal miqdarda məhsul çeşidinin çatdırılmasını təmin etmişik: burgerlər, Frenç Frayz, Çiken McNuggets və daha nələr (tam siyahı ilə Wolt mobil tətbiqində və ya saytında tanış ola bilərsiniz). Həmçinin nəzərinizə çatdırmaq istərdik ki, McDonald’s şirkəti hazırlanma prosesi və xidmətdə yüksək standartlar təyin etmişdir. Məhz buna görə McDelivery adi menyuda təqdim olunan məhsulların miqdarında bəzi məhdudiyyətlərin olacağını təxmin edir.

Menyudan bəzi məhsulların lazımi görünüş və vəziyyətdə çatdırılması mümkün olmadığı üçün onları istənilən restoranımızda qonaq olub dadmağı təklif edirik!