Выберите название населенного пункта или определите его автоматически

Mcdonald's ilə qaçılmaz qələbə

"Qaçılmaz Qələbə" adlı ani stimullaşdırıcı lotereya!

 

Lotereyada iştirak etmək üçün aksiyanın keçirilən müddəti ərzində Bakı və Gəncə şəhərlərində yerləşən istənilən McDonald's restoranlarının hər hansı birindən ən azı 1 ədəd böyük Big Mac menyu (böyük Big Mac menyuya daxildir: 1 ədəd böyük Coca-Cola, Coca-Cola Zero, Fanta və ya Sprite içkisi, 1 ədəd Big Mac, 1 ədəd böyük Frenç Frayz) əldə etmək lazımdır. Bu zaman məhsulun dəyəri ödənildikdən sonra kassir tərəfindən alıcının əldə etdiyi böyük Big Mac menyularının sayı qədər alıcıya lotereya bileti təqdim ediləcəkdir. Lotereya iştirakçısı ona təqdim olunmuş lotereya biletinin altındakı rəngli boyanı pozaraq, altında yazılmış uduşu qazanmış hesab edilir. Bütün biletlər uduşludur.

 

Uduş fondu:

1 ədəd Hyundai Accent markalı avtomobil.

FIFA 2018 Dünya Kubokunun final oyununa 2 ədəd bilet (AZAL tərəfindən təqdim olunmuş Bakı - Moskva - Bakı aviabileti daxildir).

FIFA 2018 Dünya Kubokunun yarımfinal oyununlarına 8 ədəd bilet (AZAL tərəfindən təqdim olunmuş Bakı - Moskva - Bakı aviabileti daxildir)

“Azercell Telecom” MMC-nin telekommunikasiya şəbəkəsi daxilində 7 (yeddi) günlük istifadə müddəti olan şəbəkədaxili 50 dəqiqə danışıq imkanı nəzərdə tutan 10000 ədəd danışıq kuponu.

SOCAR Petroleum yanacaqdoldurma məntəqəsində istifadə etmək üçün 500 ədəd 10 litrlik yanacaq kartı.

CinemaPlus kinoteatrında istənilən filmi izləmək üçün 3000 ədəd bilet.

GoSport idman malları mağazasından 150 ədəd idman geyim və aksessuarları.

Külli miqdarda kiçik Coca-Cola, Fanta və Sprite içkiləri, Konus dondurmaları.

Uduşların verildiyi ünvanlar/məkanlar:

Hyundai Accent markalı avtomobil, FIFA 2018 Dünya Kubokunun yarımfinal və final oyunlarına biletlər, Bakı şəhəri, Yasamal rayonu, İzmir küç. 8, Hyatt Tower 2 ünvanında yerləşən Təşkilatçının baş ofisində təqdim ediləcəkdir.

SOCAR Petroleum yanacaqdoldurma məntəqəsində istifadə etmək üçün 10 litrlik yanacaq kartı Azərbaycan Respublikasının ərazisində yerləşən bütün SOCAR Petroleum yanacaqdoldurma məntəqələrində təqdim ediləcəkdir.

CinemaPlus kinoteatrına biletlər istənilən CinemaPlus kinoteatrlarının kassalarında təqdim ediləcəkdir.

GoSport idman malları mağazasından idman geyim və aksessuarları bütün GoSport mağazalarında təqdim edilir.

McDonald’s-dan kiçik qazlı sərinləşdirici içki (Coca-Cola, Coca-Cola Zero, Fanta və Sprite) və Konus dondurmaları, “Azercell Telecom” MMC-nin telekommunikasiya şəbəkəsi daxilində 7 (yeddi) günlük istifadə müddəti olan şəbəkədaxili 50 dəqiqə danışıq kuponları “McDonald’s Azərbaycan” MMC-nin restoranlar şəbəkəsinə məxsus olan istənilən restoranda verilir.

Lotereyanın təşkilatçısı tərəfindən uduşlu kuponların (skretç kartların) qəbulu lotereya başlandığı tarixdən, yəni 01 İyun 2018-ci il tarixindən başlayır və lotereya başa çatdığı tarixdən, yəni 15 İyul 2018-ci il tarixindən etibarən 90 (doxsan) iş günü ərzində həyata keçiriləcək.Uduşlar sahibinə lotereya təşkilatçısı tərəfindən uduşlu lotereya biletlərinin qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq lotereya bileti və şəxsiyyət vəsiqəsi tələb edilməklə sahibinə təqdim ediləcək.

 

Uduşlar pul ekvivalenti ilə əvəz oluna bilməz.