Выберите название населенного пункта или определите его автоматически

Məhsul və təchizatçılar

Banner category  beef

Mal əti

McDonald’s burgerləri üçün kotletlər yalnız 100% mal ətindən hazırlanır. Bizim mütəxəssislər onların istehsalatının hər mərhələsini - fermadan başlayaraq kotletlər yumşaq bulkanın üzərinə qoyulanadək - ciddi nəzarətdən keçirir.

Banner category  beef

Toyuq

Bizim menyumuzda toyuq ətindən hazırlanan bir çox məhsul var. Misal üçün, Çiken McNuggets, McChicken və Çikenburger.

Toyuq məhsulları istehsal edilən müəssisələr ən son avadanlıqla təchiz edilib. Bu da ən yüksək keyfiyyət normalarına əməl etməyə zəmanət verir.

Hazır məhsulların hər partiyası laboratoriyada ciddi nəzarətdən keçir. Burada toyuğun forması, qoxusu, rəngi, dadı, xarici görkəmi və daxili quruluşu yoxlanılır.

Banner category  oil

Frityur üçün yağ

Məşhur Frenç Frayz, Çiken McNuggets, Meyvəli Piroqlar və digər məhsullarımızın hazırlanması üçün biz xüsusi günəbaxan yağından istifadə edirik.

Bu yağ günəbaxanın xüsusi sortundan çəkilir və unikal formula malikdir. Tərkibində doymuş yağ turşularının miqdarının aşağı, doymamış yağ turşularının isə yüksək olması bu yağı faydalı xüsusiyyətlər nöqteyi - nəzərdən zeytun yağına yaxın edir. Bu unikal məhsul “Kargill” şirkətinin zavodunda hazırlanır.

Banner category  potatoes

Kartof

Əfsanəvi Frenç Frayz-ımızın hazırlanması üçün biz 5000 mümkün kartof növündən yalnız ikisini istifadə edirik: “İnnovator” və “Santana”.

Bu növlər tərkibində quru maddələrin yüksək, şəkərin isə aşağı miqdarda olması ilə fərqlənir. Bu da öz növbəsində Frenç Frayz-ı xırçıltılı, daxildən dolğun, rənginin isə hamar qızılı olmasını təmin edir.

McDonald’s üçün Frenç Frayz-ın tədarükçüsü “McCain” şirkətidir. Bu şirkətin məhsullarının tərkibində genetik modifikasiya olunmuş maddələr yoxdur. Bu da Avropanın müvafiq sertifikatları ilə təsdiq olunmuşdur.

Banner category  beef

Tərəvəz

McDonald’s Azərbaycanda salat və burgerlərin hazırlanması üçün böyük miqdarda Aysberq salatından istifadə edən ilk şirkətdir.

1999-cu ildən etibarən Azərbaycandakı McDonald’s üçün tərəvəz tədarükçüsü “A Agro” şirkətidir (Abşeron rayonu). Şirkət restoranlara geniş çeşid – salatdan tutmuş pomidor, Çerri pomidoru və soğanadək təzə tərəvəzlər çatdırır.

Salatların hazırlanması çox mərhələli yoxlamalardan keçir. Hazır məhsulun hər partiyasının nümunələri əlavə olaraq yoxlanılır.

McDonald’s mətbəxinə daxil olan salat McDonald’s-ın daxili xüsusiyyətlərinin eləcə də xarici görünüş, tekstur, dad və ətir tələblərinə görə də cavab verməlidir. Əsl salat xırçıltılı, açıq yaşıl rəngdə olmalıdır. Xırda metal hissəcikləri kənarlaşdırmaq məqsədi ilə qablaşdırılmış salat mütləq şəkildə metal detektorundan keçir.

Banner category  beef

Burgerlər üçün bulkalar

McDonald's-da hazırlanan bulkalar, burgerlərimizin əvəzolunmaz bir hissəsidir. Şirkətin çörək məhsulları təchizatçılarının əsas iş prinsiplərindən biri - istehlakçıya bütün istehsal prosesi boyunca ərzaq məhsullarının keyfiyyəti və təhlükəsizliyini təmin etməkdir. İstehsalçılar yalnız təhlükəsizlik və keyfiyyətin ən ciddi tələblərinə cavab verən qida komponentlərindən istifadə edir.

Müəssisənin uğurlu fəaliyyəti istehsal olunan məhsulun yüksək keyfiyyəti, heyətin yüksək səviyyəli peşəkarlığı və dünyanın çörək-bulka məmulatı sahəsində ən müasir nailiyyətlərindən istifadə etməkdən ibarətdir.

Banner category  oil

Süd və süd qarışıqları

McDonald's restoranlarının menyusuna çox çeşiddə dadlı süd məhsulları daxildir: südlü kokteyllər, dondurma, McFlurry™, qəhvəmizdəki süd.

Bütün süd məmulatları AZFPCo (Milla) müəssisəsində təzə üzlü süddən alınır. İstehsalçıya təzə südün daşınması xüsusi, soyutma sistemi ilə təchiz edilmiş süddaşıyan maşınlar həyata keçirir, daha sonra süd hazırlanmış steril qablara tökülür.   

Restoranlarımızda kokteyllər və dondurmanın hazırlanması üçün yüksək texnologiyalı avadanlıqdan istifadə olunur. Bu avadanlıq süd qarışığını konkret olaraq müəyyən hərarətə qədər soyudur.

Kokteylin hazırlanması zamanı dondurulmuş və çalınmış qarışığa sirop avtomatik olaraq stəkana əlavə edilir. Dozalaşdıran cihazın vasitəsi ilə dondurmaya meyvəli, şokoladlı və karamel əlavə qatılır.