Выберите название населенного пункта или определите его автоматически

Bizim restoranlar

МсDonald’s Azərbaycanda

Müstəqillik əldə etdikdən sonra ölkəmiz sürətlə inkişaf etməyə başladı. Bu inkişaf nəticəsində Azərbaycanda bir çox iri şirkətlər açıldı. Bu şirkətlər arasında McDonald’s şirkəti də var idi. Azərbaycanda ilk McDonald’s restoranı 1999-cu il noyabrın 6-da ölkəmizin paytaxtı Bakı şəhərinin mərkəzində yerləşən Fəvvarələr meydanında açıldı.

Pulsuz WI-FI

McDonald's yeni menyudan savayı, həmçinin ən qabaqcıl xidmətləri təklif edir. McDonald's Azərbaycanda pulsuz Wi-Fi təklif edən ilk restoranlardan biridir. Biz Sizin həmişə onlayn olmağınızı nəzərə alaraq, bizim restoranlarda daima şəbəkəyə pulsuz giriş imkanı veririk.

МаkAvto

Həyatımızın sürəti daim artmaqdadır, belə ki, biz artıq rahat və ultra sürətli MakAvto olmadan McDonald's-ı təsəvvür edə bilmərik. McDonald's, Azərbaycanda MakAvto açmaqla, avtomobilistlərə xidmət göstərən ilk restoranlardan biridir. Sizə ən yaxın MakAvto olan yerləri tapın.

Müasir dizayn həlləri

Bizim restoranlarımızı şəhərimizdə asanlıqla tapa bilərsiniz, çünki onlar Avropa dizayn studiyası tərəfindən xüsusi  tərzdə hazırlanırlar. Eyni zamanda biz həmişə binaların memarlıq görünüşünü qorumağa çalışırıq. Hər bir qonağın rahat olması bizim üçün vacibdir və biz ona özünü evdəki kimi hiss etməsini istəyirik. Buna görə də dizaynerlərimiz restoranların dizaynında ən kiçik detallara - masaların döşəməyə necə yerləşdirilməsinə kimi düşünürlər.

Təbiətə qayğı ilə tikilmişdir

Ətraf mühitə qayğı işimizin vacib bir hissəsidir. Buna görə də biz dünyada ən ciddi ekoloji standartlara riayət edirik.