Kарьера

Restoran direktoru

Vəliyev Elşad

Mən 2005-ci ilin fevral ayının 7-si McDonald’s ailəsinə qatıldım. Bu tələbəlik illərimlə təsadüf etdi və mən o vaxt bir müddət işləyib, sonra peşəmə uyğun karyera qurmağı düşünürdüm. Lakin elə ilk gündən etibarən McDonald’s-ın kollektivində olan komanda işi diqqətimi cəlb etdi və mən məhz bu şirkətdə karyera qurmağı özümə məqsəd qoydum. Tez bir zamanda da məqsədimə çataraq, 2006-cı ildə Təlimatçı vəzifəsinə layiq görüldüm. Növbəti illərdə isə bir çox seminarlarda iştirak edərək, Menecer, Direktor müavini oldum. 2013-cü ildə isə artıq Direktor vəzifəsinə layiq görüldüm. 2013-2014 illərdə Rusiya və Almaniyada təlimlər keçdim. Hal–hazırda isə mən N. Nərimanov metro stansiyasının yaxınlığında yerləşən McDonald’s restoranında Direktor vəzifəsində çalışıram. Və əsas məqsədim bu restoranda müştəri məmnuniyyətini artırmaqdır. Mən inanıram ki, qarşıma qoyduğum məqsədə çataraq, tezliklə McDonald’s-da Operation Konsultant vəzifəsinə layiq görüləcəm.