Keyfiyyətə sadiqliyimiz

Biz keyfiyyətə sadiq qalırıq

“McDonald’s”da biz hər gün təqdim etdiyimiz yeməklərin təhlükəsizliyinə, yüksək keyfiyyətinə və məsuliyyətli şəkildə hazırlanmasına çox böyük diqqət yetiririk. Bu o deməkdir ki, biz yalnız bir çimdik duz və istiotla dadlandırılmış 100% həqiqi mal əti kotletindən istifadə edirik. Bir sözlə, biz yalnız təbii və keyfiyyətli ərzaqlardan istifadə edərək hər zaman müştərilərimizin istəklərini əsas tuturuq.

İşimizlə qürur duyuruq

Mətbəxlərimiz hər gün yeməklərinizi istədiyiniz şəkildə hazırlamaq üçün fəaliyyət göstərir. Məhz buna görə, sifariş verdiyiniz zaman hazırlanaraq sizə isti-isti və dadlı şəkildə təqdim olunan bütün mal əti burgerlərimizdə biz təzə mal ətindən istifadə edirik. Bununla yanaşı, burger və sendviç üçün bulkalarımızı 5 saniyə daha artıq qızartmağa başladıq ki, onlar daha xırçıltılı olsun.

Ekoloji mənbələrdən qəhvəyə üstünlük veririk

“McDonald's” qəhvə təchizatı zəncirində mühüm dəyişikliklər edir. “Conservation International” təşkilatının “Ekoloji Qəhvə ilə bağlı Çağırış” proqramına qatılaraq qəhvəni dünyanın ilk ekoloji kənd təsərrüfatı məhsulu etmək məqsədilə biz sahənin digər liderləri ilə əməkdaşlığa başlamışıq.

2017-ci ildə qlobal miqdarda qəhvəmizin 54%-i ekoloji mənbələrdən əldə edilmişdir. Bu, “Rainforest Alliance”, UTZ sertifikatları, eləcə də qəhvə təchizatı zəncirimizin əsasını təşkil edən “MakKafenin ekoloji cəhətdən davamlılığının artırılması üzrə platforma” (“McCafé Sustainability Improvement Platform”) tərəfindən təsdiqlənmiş proqramlar sayəsində təmin edildi. Torpaq və suyun qorunması məsələsinə böyük diqqət yetirməkdən savayı, “McDonald's” və tərəfdaşları yerli fermerlərə kənd təsərrüfatının ekoloji üsullarla aparılmasını öyrənmək imkanı təqdim edir. Artıq qəhvə içkilərini təqdim edən restoranlarda istifadə olunan espresso dənələrinin 100%-i ekoloji mənbələrdən əldə edilir və UTZ sertifikatları möhürünə malikdir.

Süd

Süd əsaslı məhsullarımızda istifadə etdiyimiz süd süni böyümə hormonu olan rbST ilə müalicə olunmayan inəklərdən əldə olunur.

“Happy Meal” daim inkişaf etdirilir

Happy Meal” on illərdir dünyanın hər yerində ailələr tərəfindən sevilir. Dünyanın hər bir ailəsi fərqli olduğu kimi, “Happy Meal” də onlara uyğun dəyişir. Valideynlərin fikirlərinə diqqət yetirərək “Happy Meal”-imizi təkmilləşdiririk və daha faydalı edirik.