"Açıq Qapı" proqramı haqqında

McDonald’s sizi mətbəximizi yaxından tanımağa dəvət edir! Burada siz sevimli yeməklərinizin necə hazırlandığını, yüksək keyfiyyət və təhlükəsizlik standartlarının necə qorunduğunu öz gözlərinizlə görəcəksiniz. Bu proqram real insanlar, real proseslər və gerçək McDonald’s haqqında daha çox öyrənmək üçün unikal fürsətdir.

Ekskursiya Azərbaycan dilində keçiriləcək.

Diqqət! Müraciət formasını doldurmadan öncə, proqramda iştirak üçün nəzərdə tutulmuş “Mətbəx ziyarətçisinin sağlamlıq bəyannaməsi” ilə tanış olmağınız vacibdir. Bu bəyannamə seçdiyiniz restoranda təqdim ediləcək və ekskursiyadan əvvəl imzalanmalıdır.

“Mətbəx ziyarətçisinin sağlamlıq bəyannaməsi” ilə tanış olun

Müraciət formasını doldurarkən bütün xanaların tam və düzgün şəkildə qeyd edilməsi məcburidir. Qeydiyyat zamanı sizə uyğun restoranı və tarixi seçməlisiniz. Ekskursiya günü təyin etdiyiniz vaxta gəlib çatmaq üçün restorana ən azı 15 dəqiqə əvvəl gəlməyiniz xahiş olunur. Restorana gəldikdə növbə menecerinə müraciət edin, o, sizi qeydiyyata alacaq və ekskursiya barədə qısa məlumat verəcək.

Sizə restoranımızda xoş və yaddaqalan anlar arzulayırıq!

"Açıq qapı" proqramında iştirak üçün sorğu anketi