İnsanlarımızla tanış olun: Heyət və idarəetmə
Bizim biznesimiz insanlarla bağlıdır və biz bunu heç vaxt unutmuruq.
“McDonald's”da işləyən insanlar haqqında daha ətraflı.
Anar Bayramov
Kadrlar Şöbəsinin RəisiHəyatda hər bir insanın müəyyən zaman müddətində nail olmaq istədiyi bəzi məqsədləri var. McDonald’s restoranına ilk gəlişimi indiyədək xatırlayıram. 2002-ci ildə mən McDonald’s restoranına gəldim və dondurma sifariş verdim. Bu mənim restorana ilk gəlişim idi. Cəldlik və xidmət mədəniyyəti, restoranın təmizliyi məndə yaxşı təəssürat yaratdı və mən yenidən həmin restorana qayıtdım. Ancaq bu dəfə müştəri qismində deyil, işə qəbul üçün müraciət etməyə gəldim. Təxminən bir həftədən sonra məni McDonald’s-ın Fəvvarələr Meydanında yerləşən birinci restoranına işə dəvət etdilər. İlk günlər mən sıravi əməkdaş kimi işləməyə başladım. Bu mənim ilk işim idi. İşçi heyəti ilə daimi ünsiyyət, restoranlarda pozitiv mühitin yaradılması və əməkdaşların rəsmi şəkildə işə götürülməsi məni bu şirkətə daha çox bağladı. Düşünürəm ki, əgər mənə sıravi əməkdaş vəzifəsindən Kadrlar şöbəsinin müdiri vəzifəsinə yüksəlmək nəsib olubsa, buna hər bir işçi müvəffəq ola bilər.
Cihan Bıçakçı
İstehsalat Üzrə Direktor1996-cı ildə Türkiyənin İzmir şəhərindəki restoranda dostumun tövsiyəsi ilə yarımştat olaraq, McDonald’s-da karyerama başladım. Bundan sonra Türkiyənin bir çox şəhərində McDonald’s restoranlarında müxtəlif vəzifələr təyinat aldım. Sıra ilə qrup üzvü, qrup maarifçisi, qrup şefi, bölüm müdiri, növbə müdiri, müdirin 2-ci assistenti, müdirin 1-ci assistenti vəzifələrindən sonra 2008-ci ildə, növbəti pilləyə qalxmaq üçün Dubaydakı xüsusi kurslara göndərildim. Bu kursları müvəffəqiyyətlə bitirərək, Restoran Direktoru vəzifəsində işə davam etdim. 2008-2014 illəri arasında Restoran Direktoru olaraq, 2014-ci ildə Əməliyyat bölgə üzrə konsultant vəzifəsinə təyin edildim. 2016-cı ilin iyun ayından etibarən, mənim üçün fərqli bir təcrübə olaraq, ilk dəfə xaricdə çalışmağa başladım və McDonald’s Azərbaycan ailəsinə qoşuldum. Hal-hazırda burada İstehsalat Üzrə Direktor vəzifəsində öz karyerama davam edirəm. Türkiyədə işə başladığım illərdə müdirlər mənə tez-tez belə bir ifadəni söyləyirdilər: "Qanına ketçupu buraxan, sonra bu işdən ayrıla bilməz!". Mən də elə indinin özündə bu ketçupu qanımda hiss edirəm!
Emil Mahmudov
İstehsalat Üzrə MenecerHəmişə sevdiyim işlə məşğul olmaq istəmişəm. İndi şanslı insanlardan biriyəm ki, həmin işə sahibəm. “McDonald’s” şirkətinin öz işçilərinə göstərdiyi diqqət, onların peşəkar yüksəlişi üçün keçirdiyi təlimlər, səhhətlərinə verdiyi dəyər bu işçi komandasını böyük bir ailə altında birləşdirir. Qonaqlarımıza yüksək keyfiyyətli xidmət göstərmək üçün daim təkmilləşən sistemin bir parçası olmaq, komandamızın yeni üzvləri ilə birlikdə nümunəvi iş sərgiləmək çox qürurvericidir. Mütəmadi olaraq ailəmizin hər bir üzvü özünü inkişaf etdirməyə səy göstərir. Şirkətimizin göstərdiyi xidmət sayəsində tutduğu zirvədə qalması üçün yeni təklifləri və yeni ideyaları topladığımız biliklərdən istifadə edərək irəli sürürük. “McDonald's”dakı karyeram boyu öyrəndiklərim, əldə etdiyim təcrübə və səriştə gündəlik həyatımda da mənə çox kömək olur. Mən işimlə fəxr edirəm, mən işimi sevirəm.
Ceyhun Süleymanov
İstehsalat Üzrə Konsultant“McDonald’s” brendi üçün çalışmaq insana daima qürur hissi bəxş edən bir amildir. Öz işini sevmək və bir ailə mühitində işləmək insanı daha da ruhlandırır. Burada siz hər gün necə inkişaf etdiyinizi görürsünüz və bu, sizə əlavə motivasiya verir. Məhz buna görə mən “McDonald’s”da çalışan hər bir komanda üzvü kimi, işimə böyük ruh yüksəkliyi ilə yanaşıram. Qazandığım təcrübəni digərləri ilə bölüşmək də, öz növbəsində, çox xoş bir hissdir.
Şirkətimizin hər gün daha da inkişaf edərək güvənilən bir brend olduğunu görmək mənə olduqca xoş və qürurverici hisslər yaşatdırır. Bu gün əminliklə deyə bilərəm ki, 14 il öncə düzgün seçim etdiyimə görə çox xoşbəxtəm!
Elşad Vəliyev
İstehsalat Üzrə KonsultantMən 2005-ci ilin fevral ayında böyük “McDonald’s” ailəsinə qatıldım. İlk və yeganə iş yerim olaraq “McDonald’s” mənim üçün bir iş yerindən daha artıqdır. İşlədiyim 16 ildə “McDonald’s” mənə karyera, fərdi inkişaf və ən əsası, yeni dostlar qazandırdı. “McDonald’s” məni adi işçidən ofis işçisinə qədər inkişaf etdirib, mənə yeni imkanlar yaratdı.
Bu gün İstehsalat üzrə konsultant olaraq əsas vəzifə borcum qonaqlara yüksək keyfiyyətli məhsul, qonaqpərvər ab-hava və təmizlik üzrə yüksək göstəricilərin təmin edilməsidir.
Tərlan Ramazanov
İstehsalat Üzrə KonsultantMən 2006-cı il iyul ayının 26-sı “McDonald’s” ailəsinə qatılmışam. İlk gündən etibarən “McDonald’s” kollektivində olan komanda işi, mehribançılıq və sərbəst iş qrafiki diqqətimi cəlb etdi. Beləcə, mən məhz bu şirkətdə işləyərək karyera qurmağı özümə məqsəd qoydum. Bir müddət sonra, 2007-ci ildə Təlimatçı oldum, pillə-pillə yüksələrək 2013-cü ilin mart ayından etibarən Direktor vəzifəsinə layiq görüldüm. 2013-2014-cü illərdə restoran biznesinin inkişafı üçün biliklərimin artırılması məqsədilə “McDonald's” şirkəti məni Rusiya və Almaniyaya təlimlərə göndərdi.
01.07.2020 tarixindən etibarən mən İstehsalat üzrə konsultant vəzifəsində çalışıram və öz menecerlərimə istiqamət verərək dəstək oluram, onların nailiyyətlərinə sevinirəm.
Elşən Əsgərov
İstehsalat Üzrə KonsultantMən 2008-ci ildə tələbə olduğum dövrdə xərclərimi qarşılamaq üçün işləmək qərarına gəldim. Qardaşımın tövsiyəsi ilə “McDonald’s”da Briqada üzvü vəzifəsinə vakant iş yerinin olduğunu və iş qrafikinin təhsil alan tələbələrə uyğun olduğunu öyrəndim. Beləliklə, Şüvəlan qəsəbəsində yerləşən “McDonald’s” restoranına CV verdim və 1 həftə sonra işə qəbul oldum. Artıq ilk gündən burada olan sağlam iş mühiti və geniş perspektivlər məni özünə cəlb etdi – mən qətiyyətlə bu şirkətdə karyera qurmağa qərar verdim. Artıq 12 ildən çoxdur ki, bu şirkətdə işləyirəm, hal-hazırda İstehsalat Üzrə Konsultant vəzifəsini icra edirəm. İşə başlayanda heç düşünməzdim ki, “McDonald’s” mənim üçün bu qədər doğma olacaq. Lakin şirkət rəhbərliyinin insan resurslarını yüksək səviyyədə qiymətləndirməsi, öncəlik etməsi mən və mənim kimi yüzlərlə insanda bu şirkətə olan sevgini və rəğbəti yaratdı.
Emin Mircəfərov
İstehsalat Üzrə Konsultant15 il öncəki tələbə vaxtlarımı xatırlayıram. Düşünürdüm ki, insana öz ailəsi qədər doğma heç nə ola bilməz. “İş” sözü gəldikdə yalnız müəyyən saatları işləyib, müəyyən tələbatları ödəyəcək bir məkan fikrimə gəlirdi. Zaman, məkan və şərait amilllərini özümdə vacib tutaraq “McDonald’s”a müraciət edib müəyyən bir müddət işləmək ümidi ilə işə düzəldim. Ancaq o müəyyən müddət 1 ilə, 1 ildən 5 ilə və hal-hazırda 15 ilə çevrildi.
Bugünkü gündə çox böyük bir fəxr hissi ilə deyə bilərəm ki, mən böyük bir ailənin üzvüyəm. Ailəmiz günü-gündən böyüyür və inkişaf edir. Mənim “McDonald’s” ailəmdə hamıya yer var!
Bir uşağa gülüş, təbəssüm gətirməkdən gözəl hiss, düşünürəm ki, yoxdur. Biz bunu hər an, hər zaman edirik. Bax, mənim də sevdiyim budur!
İradə Əliyeva
Restoran direktoru“McDonald’s” restoranının açıldığını öyrəndikdən sonra özümü yeni bir sahədə sınamağa qərar verdim. Müraciəti təqdim edəndə “McDonald’s”ın mənə inkişaf etmək və inanılmaz yüksəkliklərə çatma fürsətini verəcəyindən şübhə etmədim. Nəticədə şirkət mənə inkişaf üçün fürsətlər əldə etmək, eləcə də Rusiyada və Almaniyada müəyyən kurslarda oxumaq üçün bütün şəraiti təmin etdi.
Hal-hazırda 20 ildən çoxdur ki, vahid kollektivdə çalışdığım üçün fəxr edirəm. Sabitliyə və dəstəyə görə şirkətə minnətdaram. Bu, hər birimizin həyat yolunda böyük başlanğıc və geniş təcrübədir.
İlkin Şabanov
Restoran direktoruHeç bir iş təcrübəsi tələb etməyən “McDonald’s” şirkəti öz əməkdaşlarına lazımı resurs və bilikləri təqdim etməklə onlara karyera qurmaq üçün imkanlar yaradır. Məhz bu imkanlardan yararlanaraq 2009-cu ildə gənc yaşlarımdan mən də böyük “McDonald’s” ailəsinin bir üzvü oldum. Burada olan komanda işi, pozitiv ab-hava, mehriban kollektiv və karyera qurmaq imkanı karyeramı bu şirkətdə davam etdirməyimə böyük təkan verdi. Çalışdığım doğma şirkət bizlərə uğur qazanmaq üçün bunu öyrətdi – başqaları ilə yarışmaq əvəzinə, hər zaman öz hədəflərinə çatmaq, onları aşmaq və irəliləyiş əldə etmək lazımdır. Öz gücünə və əzmkarlığına güvənən hər bir kəs “McDonald’s”da uğurlu karyerasını qura bilər. Artıq 10 ildən çoxdur ki, “McDonald’s” ailəsinin üzvüyəm və bu şirkətdə çalışmaq məni çox fərəhləndirir.
Nərgiz Köçəriyeva
Restoran direktoruMən hər zaman məni dəyişməyə, böyüməyə və təkmilləşməyə sövq edən bir iş axtarırdım. Elanlarda “McDonald’s”da karyera yüksəlişi olan vakansiyanın mövcud olduğunu gördüm. Restorana CV vermək üçün daxil oldum. Axtardığım iş yerinin məhz “McDonald’s” olduğunu anladım və burada karyera qurmağa qərar verdim. İşlədikcə, hər gün qərarımın doğru verildiyinə şahid olurdum. Çünki etibarlı iş yerim var idi. Peşəkar dəstək alaraq bilik və bacarıqlara yiyələndim və Briqada üzvü kimi başladığım şirkətdə pillə-pillə yüksələrək 9 ildən sonra Direktor vəzifəsinə təyin olundum. “McDonald’s” şirkətində təcrübəmə əsaslanaraq öz gücünə inanan və çalışan hər bir işçi üçün karyera yüksəlişi qapıları hər zaman açıqdır. Yetər ki, istəyin!
Elnur Atakişiyev
Restoran direktoruUğurlu insanlar digərlərindən çox az fərqlənirlər. Amma öz-özünə heç nə başa gəlmir. Yeni karyeranın başlanğıcı üçün ən yaxşı yollardan biri işinizi yaxşı görmək və vəzifələrinizi yerinə yetirməkdən ibarətdir. Mən 2007-ci ilin iyul ayında hərbi xidməti başa vurduqdan sonra özümə yeni iş yeri axtarırdım. Dostum ilə söhbət nəticəsində “McDonald’s” restoranlar şəbəkəsində vakansiya olduğunu öyrəndim, restorana yaxınlaşıb CV-mi təqdim etdim və nəticədə geniş “McDonald’s” ailəsinin bir üzvü oldum. Bu mənim üçün sadəcə yeni iş yeri deyil, həmçinin yeni imkanlar, yeni tanışlıqlar və yeni dostlar demək idi. Bu mənim ikinci ailəmdir! Böyük kollektivə qaynayıb-qarışdıqca mən öz üzərimdə işləməyə başladım, bundan böyük zövq alırdım. Hal-hazırda Restoran Direktoru vəzifəsində çalışıram və bunu əsl müəllim deyə biləcəyim peşəkar insanlara borcluyam. Artıq 14 ildən çoxdur ki, mən “McDonald’s” ailəsinin üzvüyəm və bununla fəxr edirəm!
Kamran Adilxanov
Restoran direktoruMən 2008-ci ildə Fəvvarələr meydanında yerləşən “McDonald’s” restoranına iş üçün müraciət etdim və həmin restoranda Briqada üzvü kimi işə başladım. İşə başladığım ilk gündən etibarən “McDonald’s” kollektivində olan komanda işi və çevik iş qrafiki diqqətimi cəlb etdi və mən məhz bu şirkətdə karyera qurmağı qarşıma məqsəd qoydum. Bu məqsəd məni karyeramda pillə-pillə qaldıraraq 01.11.2018 tarixində Direktor vəzifəsinə çatdırdı.
İnanıram ki, “McDonald’s”da məni hələ bir çox yeniliklər gözləyir və mən bu böyük ailədə yeni nailiyyətlər və uğurlar əldə edəcəyəm.
Rahil Məmmədov
Restoran direktoruMən 2008-ci ilin fevral ayında “McDonald’s” ailəsinə qoşuldum. Həmin zaman mən Gənclik metro stansiyasının yaxınlığında yerləşən “McDonald’s” restoranına yaxınlaşıb CV yazdım. Bir müddətdən sonra mən bu restoranın Briqada üzvü kimi işimə başladım. Burada olan iş qrafiki və komanda işi mənim xoşuma gəldi və mən artıq başa düşdüm ki, bu iş mənə tam uyğundur. Karyera yüksəlişinin real olduğunu görüb mən öz qarşımda bu işdə karyeramı qurmağı məqsəd qoydum. Bundan sonra xüsusi təlimlərdən keçərək Briqada rəhbəri vəzifəsinə təyın edildim. Daha sonra Menecer, Assistent və nəhayət Restoran Direktoru vəzifələrinə layiq görüldüm. Hal-hazırda “McDonald’s”da çalışıram və vaxtı ilə düzgün seçim edərək məhz bu sirkəti daimi iş yeri kimi seçdiyimə görə çox şadam.
İmaməli Əliyev
Restoran direktoru“McDonald’s” ailəsinə qoşulmağım tələbə yoldaşımın mənə tövsiyəsi sayəsində baş tutdu. Hər bir tələbə kimi öz xərclərimi qarşılamaq istəyi ilə 2011-ci ildə ilk iş yerim kimi Fəvvarələr meydanında yerləşən “McDonald’s”da fəaliyyətə başladım. Uğurlu bir inkişaf, yüksək peşəkarlıqla keçirilən təlimlər, karyeramda müəyyən dövrlərdə əldə etdiyim bilik və bacarıqlar direktor vəzifəsinə çatmağıma kömək oldu. Artıq 11 ildir ki, “McDonald’s” ailəsinin üzvüyəm və bu müddət ərzində “McDonald’s”da bir çox bilik və bacarıqların təkmilləşdirilməsi, həmçinin şirkətin hər bir əməkdaşına göstərmiş olduğu dəstəyi sayəsində əldə etdiyim uğurlar əslində hər bir kəs üçün mümkündür. Məhz buna görə hər zaman bizə dəstək olan və öz əməkdaşlarına hər bir imkanı tanıyan “McDonald’s” ailəsinin üzvü olmaqdan qürur duyuram!
Elvin Əhmədov
Restoran direktoru2014-cü illəri yadıma salıram. Həmin ərəfədə dostlarımla görüşlərimizin birində “Neftçilər” m/s yaxınlığında yerləşən “McDonald's“ın qarşısından keçirdik. Dostlarımızdan biri "gəlin “McDonald's”a kokteyl içməyə gedək, onların kokteylləri çox dadlı olur" deyə müraciət etdi. Həmin an bütün həyatımı dəyişdi, və çox qısa zaman içində bir qonaqdan əməkdaşa çevrildim.
“McDonald's” mənim həyatımda yeni səhifələr açdı. Burada gözəl həmkarlar, dostlar əldə etdim. Kollektivdə bir komanda kimi işləmək mənim çoxdankı arzum idi. Bu arzumu “McDonald’s”da gerçəkləşdirdim. Mən artıq 8 ildir ki, “McDonald’s” ailəsinin üzvüyəm. Hər kəsi də bura dəvət edirəm.
Musa Musazadə
Restoran direktoruMən 2011-ci ildən etibarən böyük “McDonald’s” ailəsinin üzvüyəm. İlk günlərdən artıq “McDonald’s”da karyera quracağıma dair qərar qəbul etdim. Rəqabətli iş mühiti və peşəkar inkişaf mənim diqqətimi cəlb etməyə bacarmışdı. Mənə şəxsi inkişaf planı tərtib edilərək inkişafımın mənimlə yanaşı rəhbərliyimin də maraq dairəsində olması məni daha da həvəsləndirmişdi. Bilik və bacarıqlarımızın inkişafı üçün şirkətin təlim proqramının bir hissəsi olan kurslar praktiki biliklərimlə yanaşı nəzəri biliklərimin də artırılmasında köməklik göstərib. Artıq 10 ildən çox müddətdir ki, “McDonald’s” komandasının üzvüyəm. Bir iş yerindən artıq həyatımda mühüm rol oynayıb, yeni insanlar və yeni dostlar qazanmağımda müstəsna rolu olub. İnsan sevdiyi işlə məşğul olduğu zaman həqiqətən də yorulmur.
Mirzağa Mirzağayev
Restoran direktoru2006-ci ildə birinci kurs tələbəsi olduğum vaxt iş üçün “Nəriman Nərimanov” metro stansiyasının yaxınlığında yerləşən “McDonald’s” restoranına müraciət etdim. Bir müddət sonra müsahibəyə dəvət olundum və işə qəbul oldum. Burada olan mehriban kollektiv, işçilər arasında olan yaxşı münasibət və çevik iş qrafiki mənim diqqətimi cəlb etdi və mən öz karyeramı bu şirkətdə qurmağı qarşıma məqsəd qoydum. Zaman keçdikcə mən pillə-pillə vəzifədə qalxaraq 01.08.2022 tarixində restoran direktoru vəzifəsinə təyin olundum. Direktor vəzifəsinə qədər uzun yolu keçməklə çox şey öyrəndim. Şirkətimizin daim inkişaf etdiyini və hər bir əməkdaşa dəyər verildiyini gördüm. Mən “McDonald’s” komadasının bir üzvü olduğum üçün çox xoşbəxtəm.
Samir Mahmudov
Restoran direktoru2011-ci ildə universitetin 2-ci kursunda təhsil alarkən “McDonald’s” şirkətinə iş üçün müraciət etdim və bu mənim ilk işim idi. İşə başlayarkən daimi olaraq işləməyi planlaşdırmamışdım, lakin ilk günlərdən mehriban və səmimi kollektiv mənə çox xoş təəssürat bağışladı və burada daimi işləməyə qərar verdim. Eyni vaxtda həm dərslər, həm də işləmək çətin olsa da, iş yerimdə hər zaman mənə dəstək olduqları üçün bu çətinliyin öhdəsindən gəlməyi bacarırdım. İşə başladığım gün düşünməzdim ki, zamanla karyera yüksəlişinə nail ola bilərəm, lakin həyatda hər şey mümkündür, yetər ki, insanda istək olsun və daim uğur qazanmaq üçün irəli addımlamağı bacarsın. Bu 12 il ərzində çoxlu dostlar qazandım, yeni bilik və bacarıqlar əldə etdim. “McDonald’s” mənim üçün ikinci ailəyə çevrildi. Bu gün artıq restoran direktoru vəzifəsində çalışıram və hesab edirəm ki, həyatda uğur qazanmaq üçün ən böyük amil insanın özünə olan inamıdır.
Cəsur Osmanlı
Restoran direktoruDüşünürəm ki, sevdiyi işlə məşğul olan insanlar şanslıdırlar. Mən də bu şanslı insanlardan biriyəm. 2012-ci ildə universitetin ilk kursunu bitirdikdən sonra Fəvvarələr Meydanında yerləşən “McDonald’s” restoranına işləmək üçün müraciət etdim. Təxminən 1 həftə ərzində müsahibəyə dəvət edildim və işə qəbul oldum. İş mühitinin əyləncəli, çevik və rəqabətli olması mənim fərdi olaraq da inkişafıma səbəb oldu. İşlədiyim dövr ərzində karyera yüksəlişi qazanmağa nail oldum və bu gün vəzifəm restoran direktoru olaraq qonaqlarımıza “McDonald’s”ın ləziz təamlarının təqdim edilməsidir.
Həmid Arzudovum
Restoran direktoruBriqada üzvü vəzifəsindən restoran direktoruna – “McDonald’s”da bu mümkündür!
“McDonald’s”a 2006-cı il 28 iyunda briqada üzvü kimi qatılmışam. Təhsil ilə işi uyğunlaşdırmaq üçün bu ideal seçim idi. Vaxt keçdikcə bu iş mənim daha da xoşuma gəlir, həyatımın ayrılmaz hissəsinə çevrilirdi. Artıq 6 aydan sonra briqada rəhbəri vəzifəsinə təyin olunduqda karyeramı burda quracağıma əmin oldum. Xüsusi ilə də kollektivdə iş, yeni dostlar və təcrübə toplamaq həyacanverici idi. Seminar və təlimlər nəinki iş mühitində, hətta şəxsi həyatda da uğur qazanmaqda mənə kömək olub. Artıq 18 ildir ki, bu şirkətdə çalışıram. McDonald’s mənə bilik və bacarıqlarımın inkişafı və məqsəd uğrunda səylə çalışaraq uğur qazanmağın həqiqət olduğunu öyrədib. Hal-hazırda Restoran direktoru olaraq bu böyük ailənin üzvü olduğum üçün çox xoşbəxtəm!
Xəyalə Babaşova
Restoran direktoruMcDonald’s-a ilk CV verdiyim gün ilk gündəki kimi yadımdadır. 2010-cu ildə universitetin 2-ci kursunda oxuyarkən boş zamanlarımı səmərəli dəyərləndirmək və şəxsi xərclərimi ödəmək üçün müraciət etdiyim şirkətdə nə vaxtsa Restoran direktoruna kimi yüksəlməyimi xəyal belə qura bilməzdim. İlk iş yerim Memar Əcəmi metrostansiyası yaxınlığında yerləşən McDonald’s restoranı olmuşdur. Bir tələbə üçün ən ideal vaxt imkanlarına sahib iş qrafiki var idi. Qısa zamanda artıq bir neçə uğur qazana bilmişdim. 2 il ərzində Restoran meneceri vəzifəsinə yüksəlmişdim. Bunun üçün həm praktiki həm də xüsusi kurslar keçərək idarə etmə bacarıqlarını öyrəndim. McDonald’s-da ən sevdiyim iş mühiti, hər zaman sənə dəstək olan insanların əhatəsində olmaqdır.
Artıq 14 ildir ki, McDonald’s kimi böyük bir ailənin üzvüyəm. 01.02.2024 tarixindən Restoran direktoru vəzifəsinə yüksəlmişəm. Xidmət sahəsində işləyərkən insanlarla ünsiyyət və davranış çox vacibdir. Əminəm ki, McDonald’s-a gələn hər bir qonağımızın bizim üçün necə dəyərli olduğu hissini onlara ötürə bilirik.
Pərviz Aslanzadə
Restoran DirektoruHər zaman sevdiyim iş ilə məşğul olmaq istəmişəm. 2014-cü ildən universitetin 2-ci kursunda təhsil alarkən McDonald’s şirkətinə iş üçün müraciət etdim və bu mənim ilk işim idi. Eyni vaxtda həm dərslər, həm də işləmək çətin olsa da, iş yerimdə hər zaman dəstək olduqları üçün bu çətinliyin öhdəsindən gəlməyi bacarırdım. İşə başladığım gün düşünməzdim ki, zamanla karyera yüksəlişinə nail ola bilərəm, lakin həyatda hər şey mümkündür. Yetər ki, insanda istək olsun və uğur qazanmaq üçün daim irəli addımlamağı bacarsın. Bu 9 il ərzində çoxlu dostlar qazandım, McDonald’s mənim üçün ikinci ailəyə çevrildi. Bu illər ərzində bir çox kurslarda, seminarlarda iştirak edərək liderlik bacarıqlarına yiyələndim. Bu gün artıq restoran direktoru vəzifəsində böyük bir komandada çalışıram və hesab edirəm ki, həyatda uğur qazanmaq üçün ən böyük amil insanın özünə olan inamıdır.
Neymət Həsənli
Restoran direktoru2015-ci ildən, yəni tələbəliyimin ilk ilindən etibarən şirkətdəki karyeramın başlanğıcı qoyulmuşdu. İlk təcrübəm olaraq bu cür səmimi və mehriban münasibətlər üzərində qurulan kollektivdə çalışmaq mənə hər cəhətdən motivasiya verirdi. Ətrafımdakı əməkdaşların şəxsi inkişafına ayrılan diqqət məni də cəlb etməyə başlamışdı. Beləliklə, karyera yolumu burada yüksəltməyi qərara aldım. Hərbi xidmət dövrünədək ilk yüksəliş pilləmi tamamlamış və xidmətdən qayıtdıqdan dərhal sonra da Menecer vəzifəsinə yüksəlmişdim.
Daim irəliləmək, təyin olunduğum vəzifə öhdəliklərini layiqincə yerinə yetirmək və daha çoxu üçün çalışmaq hər zaman başlıca məqsədlərimdən olmuşdur. Bu gün 9 illik karyeramın nəticəsi olaraq Restoran direktoru vəzifəsinə təyin olunmuş və gün keçdikcə mənə doğmalaşmış olan McDonald’s ailəsinə öz töhfələrimi verməyə köklənmişəm.
İşimi sevir, bərabər çalışdığım kollektiv üzvlərini daim həvəsləndirməyə və öz üzərlərində çalışmağa sövq edir, komandaya yeni qatılan hər bir əməkdaşımıza da şirkət dəyərlərini aşılamağa çalışıram. Qazandığım istər inkişafyönümlü, istərsə də mənəvi bütün təcrübələrə görə şirkətimizə təşəkkür edir və məmnunluq duyuram!
Günay Hüseynova
Restoran direktoruİş həyatına başladığım ilk gündən daimi uğurlar qazanacağım bir sahə arzulayırdım özümə.
2014-cü ildə "part time" olaraq McDonald's şirkətində işə başladığım zaman restoran komandasının inkişafını və şirkətə olan güvənini görüb axtardığım uğuru tapdığımı anladım.
Şirkətdə ilk ilimi başa vurduqda artıq Menecer vəzifəsində çalışırdım. Ardıcıl olaraq isə vəzifələri qalxaraq 8 ilin sonunda Direktor vəzifəsinə təyin edildim.
Hər yeni vəzifə növbəti üçün daha çox həvəslə çalışmağıma səbəb olurdu. Şirkətin əməkdaşlarına verdiyi dəyər, onların inkişafı üçün maraq göstərməsi, hər birimizi "Ailə" dəyərləri altında birləşdirməsi, xüsusi hiss etdirən anlara üstünlük verilməsi məni burada saxlayan ən vacib amillərdən oldu.
Şirkətimizin gələcəyinə çox güvənirəm və karyera arzusunda olan hər kəsə bizimlə çalışmağı tövsiyə edirəm.
Turxan Məlikov
Restoran direktoru2012-ci ildə universitetin 1-ci kurs tələbəsi olarkən dostmun tövsiyəsi ilə Fəvvarələr meydanında yerləşən McDonald's restoranına işə düzəldim. Burada olan mehriban kollektiv, işçilər arasında olan yaxşı münasibət və çevik iş qrafiki mənim diqqətimi cəlb etdi və mən öz karyeramı bu şirkətdə qurmağı qarşıma məqsəd qoydum. Eyni vaxtda həm dərslər, həm də işləmək çətin olsa da, iş yerimdə hər zaman mənə dəstək olduqları üçün bu çətinliyin öhdəsindən gəlməyi bacarırdım. Düzgün keçirilən təlimlər, karyeramda müəyyən dövrlərdə əldə etdiyim bilik və bacarıqlar Direktor vəzifəsinə yüksəlməyimə kömək oldu. 15.09.2023-cü ildən etibarən Restoran direktoru vəzifəsində çalışıram. Artıq 12 ildir McDonald's ailəsinin üzvüyəm və buna görə xoşbəxtəm.
Elvin Teymurov
Restoran direktoruTələbə vaxtlarım idi, 1-ci kursu bitirdiyim vaxt qərara gəlmişdim ki, yay tətilindən qayıdan kimi özümə iş tapıb işləyəcəm. 2-ci kursa başlayan zaman McDonald's-da işləyən tanışımın məsləhəti ilə Nəriman Nərimanov metrostansiyası yaxınlığında yerləşən McDonald's restoranına iş üçün müracət etdim və işə qəbul olundum. Düşünmürdüm burda qalıb karyera yüksəlişi haqqında planlarım olsun, ama işlədyim iş mühiti, kollektiv, rahat iş qrafiki və yaradılan karyera yükəslişi üçün imkanlar məndə daha çox işə həvəs yaratmışdı. Bu baxımdan universiteti bitirdikdən sonra da McDonald's şirkətində qalıb işləməyə davam etmək qərarəna gəldim. Artıq 13 ildir McDonald's ailsəinin bir üzvüyəm və hal-hazırda Restoran direktoru vəzifəsində çalışıram.
Elvin Musayev
Restoran direktoruMən McDonald's ailəsinə 2006-cı ildən qoşulmuşam. O zaman həm oxumaq həm də, işləmək üçün uyğun bir iş yeri axtarırdım.
Məhz bu imkanları McDonald's-da tapdım.
Zaman keçdikcə əməkdaşlara olan dəyər, karyera imkanları mənim də burada öz karyeramı qurmağıma səbəb oldu.
Böyük bir kollektivdə işləmək, nüfuzlu şirkətin bir üzvü olmaq çox xoşdur.
Ağadadaş Babaşov
Restoran direktoruMənim McDonald's-da iş haqqında ilk məlumatım McDonald's restoranında çalışan yaxın qohumum sayəsində olmuşdur. Mənə McDonald's ailəsinin dəyərləri haqqında danışmağı mənim bu ailənin bir üzvü olmağıma töhfə verdi. Gənc vaxtlarda qonaq kimi ziyarət etdiyim McDonald's ailəsinə qoşulmağa qərar verdim. 29.12.2008 tarixində Fəvvarələr meydanında yerləşən McDonald's restoranında işə başladım. İşə başladığım ilk gündən əməkdaşlar arasında olan səmimi münasibətlər mənə bu işi daha çox sevdirdi. İnsanların arzuları qarşıya qoyulan məqsədlərlə reallaşır. Artıq 16 ildən çoxdur ki, McDonald's ailəsinin bir üzvüyəm və bu ailənin bir parçası olduğum üçün qürur duyuram.
Qarşıma qoyduğum məqsədlər sayəsində hal-hazırda Restoran direktoru vəzifəsində çalışıram və bunun son nailiyyət olmayacağına inanıram.
Elturan Süleymanlı
Restoran direktoruMən 2016-ci ildən McDonald's ailəsinin üzvüyəm. Əməkdaşların işinə və inkişafına göstərilən diqqət və qayğı mənə şirkətimizi daha da sevdirdi. Bu illər ərzində yeni dostlar və həmkarlar qazandım. Düşünürəm ki, hər bir gənc, dayanıqlı gələcək və peşəkar inkişafı üçün ilk addımlarını atarkən, sevdiyi və zövq aldığı işi seçməlidir. Məhz ilk addımlarımı McDonald's şirkətində atdığım üçün özümü xoşbəxt hiss edirəm. Rəhbərlərimin mənə göstərdiyi peşəkar dəstək, bilik və bacarıqlar sayəsində Briqada üzvü vəzifəsindən Restoran direktoru vəzifəsinə qədər yüksəldim və hesab edirəm ki, bu mənim üçün bir başlanğıcdır. Böyüyən və inkişaf edən McDonald's ailəsinin hər bir üzvü üçün karyera imkanları daim sonsuzdur. Yetər ki məqsədinə gedən yolda inamla addımla.
Gülnarə Əliyeva
Restoran direktoruMən McDonald's şirkətinə 2006-ci ildə gəlmişəm. Briqada üzvü kimi ilkin vəzifədən başlayaraq öz səylərim və yaxşı çalışmağım sayəsində karyeramda yüksələ bilmişəm və hal-hazırda Restoran direktoru vəzifəsini icra edirəm. Şirkət mənə sabitlik bəxş etmişdi, özümə əmin olmuşam, ən başlıcası isə öz gələcəyimə əminəm. McDonald's sayəsində bir çox maraqlı tanışlıqlar və dostlar qazanmışam, onlarla işdən kənarda da əlaqə saxlayıram.
İşdə mənim üçün kollektiv çox vacibdir, həmişə insanları birləşdirməyə çalışıram, komanda yaratmağı bacarıram və bu mənim güclü tərəfimdir. Hesab edirəm ki, əgər insan nəyisə ürəkdən istəyərsə, onun nə isə etmək arzusu olarsa, o zaman nəticə də yaxşı olacaq.
Samit İbrahimov
Restoran direktoruMən 2017-ci ildə McDonald's ailəsinə qoşuldum. Bir neçə müddət Bakı şəhərində yerləşən restoranlarda təlim və təcrübə məqsədi ilə çalışdıqdan sonra 2017-ci ildə Gəncə şəhərində açılan restoranda işimi davam etdirdim. Bu vaxtadək bir neçə iş yerlərində çalışmışam, lakin bu anadək heç birində burada olduğu kimi insana verilən dəyər, hörmət və doğmalıq ilə rastlaşmamışdım. Sağlam karyera qurmaq və yüksəlmək hər kəsin arzusudur. Bunun üçün insana özgüvən və düzgün təməl lazımdır və mən əminliklə deyə bilərəm ki, McDonald's bu təməlin ən möhkəm bünövrəsidir. İşini sevən işdən yorulmaz. McDonald's öz işçilərinə iş mühiti deyil McDonald's ailəsi mühiti yaradıb və bu səbəbdən burada çalışan insanlar heç vaxt işdən yorulmur. Mən də şadam ki, öz seçimimdə yanılmamışam!