Выберите название населенного пункта или определите его автоматически

Bizim kadrlar

Restoran direktoru

Köçəriyeva Nərgiz

İlk dəfə McDonalds-a 2009-cu ildə işə düzəlmək üçün müraciət etmişəm. Təkidlə işləmə istəyimi rəhbərliyə bildirdikdən sonra noyabr ayının 16-sı briqada üzvü kimi işə start verdim. Hələ bilmirdim ki, karyeramda ilk uğurlu addımlarımı atıram.

Qısa bir müddətdə mənim karyeram məqsədyönlü inkişaf  etdi və direktor vəzifəsinə yüksəldim. Artıq 10 ildir ki, McDonalds ailəsinin üzvüyəm. Öz gücünə inanan və çalışan hər bir işçiyə McDonalds-da karyera yüksəlişi qapıları açıqdır.

Mən bu şirkətdə uğurla addımlamağa davam edirəm. Çünki, hər bir vəzifə artımında, bizi, peşəkar kurslar və təlimlər müşayiət edir