Выберите название населенного пункта или определите его автоматически

Bizim kadrlar

İstehsalat üzrə konsultant

Ramazanov Tarlan

Mən 2006-cı il iyul ayının 26-sı McDonald’s ailəsinə qatılmışam. İlk gündən etibarən McDonald’s-ın

kollektivində olan komanda işi, mehribançılıq, sərbəst iş qrafiki diqqətimi cəlb etdi və mən məhz bu şirkətdə işləyərək karyera qurmağı özümə məqsəd qoydum. Bir müddət sonra 2007 ci ildə təlimatçı, 2008 ci ildə menecer, 2009 cu ildə direktor müavini və 2013 ci il mart ayından etibarən Direktor vəzifəsinə layiq görüldüm. 2013-2014 illərdə restoran biznesinin inkişafı üçün biliklərimin güclənməsi üçün McDonald's şirkəti məni Rusiya və Almaniyaya təlimlərə göndərdi.

01.07.2020 tarixindən etibarən mən İstehsalat üzrə konsultant vəzifəsində çalışıram və öz menecerlərimə istiqamət verərək dəstək oluram, onların nəaliyyətlərinə sevinirəm.

İnanıram ki, bu mənim son vəzifə artımım deyil.