Выберите название населенного пункта или определите его автоматически

Bizim kadrlar

Restoran direktoru

Şabanov İlkin

2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olduqdan sonra qərara gəldim ki, təhsil almaqla yanaşı, cib xərclərimi ödəmək üçün də işləyim. McDonald's-da çevik və fərdi iş qrafikinin olmasını öyrəndiyimdə bu müəssisədə çalışmağımı uyğun saydım və CV ilə işə müraciət etdim. 26 oktyabr 2009-cu il tarixində mən də böyük McDonald's ailəsinin bir üzvü oldum. İlk gündən etibarən McDonald's şirkətində olan komanda işi, pozitiv ab-hava və mehriban kollektiv məni bu işə daha da cəlb etdi.
     Mən işə başladığımda Azərbaycanda 10 yaşlı McDonald's şirkətinin 5 restoranı fəaliyyət göstərirdi. Artıq 2019-cu ildə 20 yaşını qeyd edən “McDonald's Azərbaycan”ın 17 restoranı qonaqlarının xidmətində idi. Hər gün böyüyən və güclənən şirkətin bir üzvü olmaq həqiqətən gözəl bir hisdir. 
     Heç bir iş təcrübəsi tələb etməyən McDonald's şirkəti öz əməkdaşlarına lazımı resurs və bilikləri təqdim etməklə əməkdaşlarına karyera qurmaq üçün şanslar yaradır. Bu imkanlardan yararlanaraq, 2011-ci ilin avqust ayında Briqada Rəhbəri, 2013-cü ilin mart ayında isə Menecer vəzifəsinə yüksəldim. Hərbi Xidməti başa vurduqdan sonra yenidən McDonald's ailəsinə qayıdaraq qarşıma yeni məqsədlər qoydum. Ustadlarımdan bilik və bacarıqları dərindən mənimsəyib uğurlu karyeramı davam etdirərək 2017-ci ilin yanvar ayında Direktorun ikinci Köməkçisi, 2018-ci ilin sentyabr ayında Direktorun birinci Köməkçisi və 2019-cu ilin dekabr ayında Direktor vəzifəsinə layiq görüldüm.
     Çalışdığım doğma şirkətdə uğur qazanmağın formulunu kəşf etdim: “ İstənilən uğuru əldə etmək üçün istəklə zəhmət vəhdət təşkil etməlidir. Bu zaman insan uğura inamla addımlayacaq!”
     Artıq 10 ildən çoxdur McDonald's ailəsinin üzvüyəm və bu şirkətdə çalışmaq məni çox fərəhləndirir.