Выберите название населенного пункта или определите его автоматически

Bizim kadrlar

İstehsalat üzrə Konsultant

Vəliyev Elşad

Mən 2005-ci ilin fevral ayının 7-si McDonald’s ailəsinə qatıldım. Bu tələbəlik illərimlə təsadüf etdi və mən o vaxt bir müddət işləyib, sonra peşəmə uyğun karyera qurmağı düşünürdüm. Lakin elə ilk gündən etibarən McDonald’s-ın kollektivində olan komanda işi diqqətimi cəlb etdi və mən məhz bu şirkətdə karyera qurmağı özümə məqsəd qoydum. Tez bir zamanda da məqsədimə çataraq, 2006-cı ildə Təlimatçı vəzifəsinə layiq görüldüm. Növbəti illərdə isə bir çox seminarlarda iştirak edərək, Menecer, Direktor müavini oldum. 2013-cü ildə isə artıq Direktor vəzifəsinə layiq görüldüm. 2013-2014 illərdə Rusiya və Almaniyada təlimlər keçdim.

Hal–hazırda isə mən McDonald’s Azərbaycan şirkətində İstehsalat üzrə Konsultant vəzifəsində çalışıram.  Mən inanıram ki, qarşıma qoyduğum məqsədə çataraq, tezliklə McDonald’s-da daha yüksək vəzifələrə layiq görüləcəm.