Restoranlarımıza gələn qonaqlar və onların bizim restoran haqqında təəssüratları Biz müştərilərimizin sayəsində mövcuduq. Biz restoranımıza təşrif buyuran hər bir kəsə təmiz bir restoranda səmimilik mühitində, əla xidmət göstərərək münasib qiymətə yüksək keyfiyyətli yeməklər təqdim etməklə, onları necə qiymətləndirdiyimizi nümayiş etdiririk. Bizim məqsədimiz – restorana gələn hər bir müştərini heç bir istisna olmadan hamını yüksək keyfiyyət, xidmət mədəniyyəti, təmizlik və əlverişlilik amilləri ilə təmin etməkdir.
Biz onlara imkanlar veririk, istedadlıları yüksəldirik, rəhbər işçiləri inkişaf etdiririk və qazandıqları nailiyyətlərə görə mükafatlandırırıq. Biz inanırıq ki, yaxşı təlimatlandırılmış, müxtəlif sahədə təcrübəsi və biliyi olan insanlardan ibarət komandanın qarşılıqlı hörmət mühitində çalışması və onlardan hər birinin yüksək səviyyədə əməkdaşlıq nümayiş etdirməsi bizim daima uğur qazanmağımızın əsasını təşkil edir.
Biz McDonald’s sisteminə inanırıq.
McDonald’s-ın biznes modelinin əsası üç hissədən ibarətdir – sahibkarlar/rəhbərlik, təchizatçılar və şirkətin əməkdaşları.
Başlıca vəzifə – bu üç qrupun maraqlarının tarazlığını qoruyub saxlamaqdır.
Biz biznes etikasına əməl etməklə işləyirik.
Düzgün aparılan istənilən biznesin təməlində sağlam etika qaydaları durur.
McDonald’s-da biz bu qaydalara və ən yüksək standartlara əməl edirik və öz biznesimizi açıq, vicdanla və ədalətlə aparırıq. Bunun üçün biz həm fərdi, həm də kollektiv məsuliyyət daşıyırıq.
Biz cəmiyyətin həyatında iştirak edirik.
Biz liderlik mövqeyinə aparan öhdəliklərə ciddi yanaşırıq. İşlədiyimiz cəmiyyətdə həyat keyfiyyətini yüksəltməyə can atırıq və bunun üçün şirkətin imkanları və resurslarından maksimum istifadə etməyə çalışırıq ki, dünyanın daha da yaxşılaşmasında bizim də payımız olsun.
Biz biznesimizi inkişaf etdiririk.
Bizimlə işləyənlərin hamısı müştərilərə xidmət etməkdə bizə kömək edirlər. Biz öz tərəfimizdən bu sistemin bütün üzvləri, o cümlədən bizim investorlar üçün biznesimizin dayanıqlı olmasını və gəlirlərinin artmasını təmin etməyə çalışırıq.
Biz daima təkmilləşməyə səy göstəririk.
Biz - hər zaman təkmilləşən, hər şeyi bilməyə çalışan və müştərilərimizin, əməkdaşların, sistemin fasiləsiz inkişaf və innovasiyalar sayəsində dəyişən tələbatlarına cavab verməyə çalışan bir təşkilatıq.
İş – həyatımızın böyük hissəsini təşkil edir. Hər birimiz işdə çox vaxt keçiririk və vəzifəmizin yerinə yetirilməsi müqabilində maddi mükafatdan savayı daha çox şeylər gözləyirik... məsələn, özümüzü göstərmək imkanı, müəyyən bilik və bacarıqlara yiyələnmək, karyera qurmaq, yeni dostlar qazanmaq.
McDonald’s şirkəti qarşınızda aşağıdakı imkanları açır:
Yaşından və həyat tərzindən asılı olmayaraq, hər kəsə sabitlik və sabahına inam– vacib şərtlərdən biridir.
Şirkətimizdə hazırda çalışan, eləcə də sıralarımıza qoşulmaq istəyən gələcək əməkdaşlarımız əmin ola bilərlər ki:
McDonald’s şirkətinin işçilərinə təqdim etdiyi iş şərtləri onlara öz həyatlarını planlaşdırmağa və gələcəyə inamla baxmağa imkan yaradır.
McDonald’s restoranlarında əmək şəraiti elə təşkil edilib ki, hər bir işçi böyük həvəslə işə gəlir. Restoranlarda iş və istirahət üçün hər cür şərait yaradılıb.
İş təklifləri arasında seçim edərkən iş yerinə çatmaq üçün dəf edilən məsafə həmişə həlledici amil olur. Biz hamımız öz vaxtımızı qiymətləndiririk, ona görə də işə çatmaq və evə qayıtmaq üçün bir neçə saatımızı yola sərf etmək istəmirik.
McDonald’s şirkəti sizə yaşadığınız və ya təhsil aldığınız yerin yaxınlığında yerləşən restoranı seçmək imkanı verir. Bu isə vaxtınıza və yol pulunuza qənaət deməkdir.
İş üçün rahat cədvəl seç
McDonald’s Azərbaycanda yeganə iri işəgötürən şirkətdir ki, öz işçilərinə iş qrafikini seçmək imkanı yarada bilir. Bu qrafikdə həftənin iş günləri və iş saatları işçinin imkanlarına və istəyinə uyğun olaraq təyin edilir.
McDonald’s-ın bütün restoranları həftənin 7 günü, avtomobillə xidmət isə bütün sutka ərzində işləyir, avtomobil xidməti olmayan restoranların iş rejimi saat 7-dən saat 00-dəkdir.
Restoranların bu iş rejimi işçilərə iş və asudə vaxtlarını səmərəli bölüşdürməyə imkan yaradır.
“Restoranın heyət üzvü” vəzifəsinə namizədlərə seçimlərinə görə iki proqram təklif olunur:
Çevik iş qrafiki əsas məşğuliyyət vaxtından əlavə vaxtlarda işləmək üçün imkanlar yaradır.