Qəhvə təchizatçısı

Qəhvə təchizatçısı, “Paulig” şirkəti

Zəngin və əla qəhvə hər zaman “Paulig”in vacib bir hissəsi olub. Hər şey 1876-cı ildə başladı. Gənc mühacir, Qustav Pauliq adlı təşəbbüskar bir strateq şirkət qurdu, hansı ki, şimal ölkəsində böyük sayda insanın həyatına ekzotika, ilk növbədə, keyfiyyətli qəhvə dadını gətirdi.

Bu gün Finlandiyanın ən böyük qəhvə şəbəkəsi Rusiya, Baltikyanı ölkələr və qonşu ölkələrdə – İsveç və Norveçdə də fəaliyyət göstərir. Şirkət, öz yüksək keyfiyyətli brend və xidmətləri ilə tanınan, qida və içki məhsullarının istehsalı ilə məşğul olan beynəlxalq bir ailə müəssisəsi “Paulig Group”un bir hissəsidir. Qustavın irsi bu gün də hiss olunur. Məsuliyyət və təşəbbüskarlığa uzunmüddətli bağlılığımız sayəsində “Paulig” uğurlu bir ailə biznesi olaraq qalır.

Yeniliklərə açıq olmaq o deməkdir ki, uzun bir yol qət etdikdə belə, səyahətimizin hələ yeni başladığını düşünürük. Dünya dəyişir, istehlakçıların zövqləri və ehtiyacları inkişaf edir – bu mənada bizim işimiz qəhvə sevənlərə qəhvə ilə dolu ən dadlı və önəmli anlarını yaşatmaqdır.