Yaxşı yemək

Keyfiyyətli yemək

Biz dadlı və keyfiyyətli ərzaqların seçiminə məsuliyyətlə yanaşırıq. Yeməklərimizin necə istehsal olunması və haradan əldə edilməsi ilə bağlı məsələlər müştərilərimiz, cəmiyyət və ətraf mühit üçün çox önəmli olduğundan, biz keyfiyyətli, təhlükəsiz və ekoloji qida məhsullarının gələcəyini yaratmağa kömək edirik. Buraya keyfiyyətli ərzaqların məsuliyyətli yanaşma ilə əldə edilməsi və kənd təsərrüfatı icmalarının dəstəklənməsi daxildir. Qidalanmağa gəldikdə isə, biz ailələrin və uşaqların istəklərinə üstünlük veririk, çünki bu məsələdə ən böyük təsirə malik olduğumuza inanırıq.

 

“Biz istəyirik ki, insanlar restoranlarımızı yeməklərimizlə bağlı xoş təəssüratlarla tərk etsinlər – təkcə ona görə yox ki onlar ləzzətlidir, həm də ona gör ki, biz keyfiyyətli ərzaqlardan istifadə edirik və müştərilərimizə seçimlər təklif edirik. Menyumuzu təkmilləşdirmək, həmçinin bütün ailənin zövq ala biləcəyi balanslaşdırılmış və faydalı yeməklər təqdim etməklə dünya üzrə bütün təchizatçılarla sıx əməkdaşlıq əlaqələri qurmağa və müştəri gözləntilərini qarşılamağa davam edəcəyik."

Alister Makrou, "McDonald's" korporasiyasının Baş vitse-prezidenti və Marketinq üzrə qlobal direktoru

 

Təsir sahələrimiz

  • Qida məhsullarının təhlükəsizliyi

  • Heyvan sağlamlığı və yaxşı yaşam şəraiti

  • Təchizatçıların məsuliyyətli seçimi

  • Təchizat zəncirində insan hüquqları

  • Ekoloji kənd təsərrüfatı və mal əti

 

Qida məhsullarının təhlükəsizliyi

Qida məhsullarımızın təhlükəsizliyi və keyfiyyəti bizim ən əsas prioritetimizdir. Müştərilərimizin gözləntilərini qarşılamaq, hətta üstələmək üçün daima yeniliklər tətbiq edirik. Qida məhsullarının təhlükəsizliyi məsələsini fəaliyyətimizin  hər sahəsinə inteqrasiya etdiririk; buraya daxildir: qida məhsullarının mənbəyinin seçimi, menyunun hazırlanması, qablaşdırma, paylama və logistika, eləcə də restoranlarımızın gündəlik işi.

 

Təchizatçıların məsuliyyətli seçimi

“McDonald's” keyfiyyətli ərzaqlar və qablaşdırma materialları təmin etmək üçün qlobal təchizatçı və fermer şəbəkəsi ilə əməkdaşlıq edir. Özümüzün təchizat zəncirini yaratmaqla biz daha çox şəffaflığa nail oluruq və daha davamlı istehsalı dəstəkləyə bilirik, beləliklə, müştərilərimizə hər zaman sevdikləri və tanıdıqları dadlı yeməkləri təqdim olunur. Təchizatçıların məsuliyyətli seçimini həyata keçirməklə qarşımıza qoyduğumuz iddialı hədəflərə nail olmaq üçün əlimizdən gələni edirik. Bunun üçün diqqətimizi müsbət dəyişiklik yaratmaq üçün daha çox potensiala malik məhsullarda toplamaşıqı: mal əti, toyuq əti, qəhvə, balıq və lif əsaslı qablaşdırmalar.

 

Heyvan sağlamlığı və yaxşı yaşam şəraiti

Təchizat zəncirimizdə biz heyvanların sağlamlığı və yaxşı şəraitdə yaşamasının qayğısına qalırıq, bu səbəbdən də onların həyatlarının davamlı inkişafı istiqamətində müəyyən əməkdaşlıqlar edirik. Əldə etdiyimiz toyuq əti, mal əti və balıqların təchizatçıları heyvanların sağlamlığı və yaxşı şəraitdə yaşamasına yönəlmiş istiqamətimizi dəstəklədiklərinə zəmanət verərək müsbət dəyişikliklərin nail olunmasına kömək edirik. Eləcə də, həyata keçirdiyimiz siyasətə və onun yerli bazarların hər birində və tətbiqetmə strategiyasına dair bizə tövsiyələr verən mütəxəssislərlə strateji əlaqələr qururuq.

 

Təchizat zəncirində insan hüquqları

Mədəni, sosial və iqtisadi kontekstdən asılı olmayaraq, bütün təchizatçılardan Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Bəyannaməsində təsbit edildiyi kimi bütün insanlar üçün əsas hüquqlara dair gözləntilərimizi qarşılamasını gözləyirik. Biz inanırıq ki, mədəni, sosial və iqtisadi kontektstdən asılı olmayaraq bütün təchizatçılar Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları haqqında bəyannaməsində əks olunan fundamental hüquqlara dair gözləntilərimizə uyğun olacaqlar. Bu, öz işçilərinə ədalətlə, hörmət və ləyaqətlə yanaşılması və müəssisələrində çalışan insanların sağlamlığı və təhlükəsizliyini qoruyan qaydalara əməl olunması deməkdir. Təchizatçıların Davranış Kodu və Təchizatçıların iş yerində hesabatının dəyərləndirilməsi proqramımızın (SWA) məqsədi təchizatçılara bizim gözləntilərimizi anlamağa kömək etmək, onlara uyğunluğun yoxlanılmaq və davamlı inkişaf yolunu tutmaqdan ibarətdir.

 

Ekoloji kənd təsərrüfatı və mal əti

Biz çalışırıq ki, burgerlərimizdəki mal əti icmaların, heyvanların və planetin inkişaf edəcəyi davamlı bir qida sisteminin yaradılmasına kömək etdiyindən əmin olaq. Hələ bütün cavablara nail olmadığımızı bilirik, lakin biz daha ekoloji və bərpaedici üsulların sınaqdan keçirilməsi və modelləşdirilməsi istiqamətində təbiəti qorumağa, istixana qazı (İQ) emissiyalarını azaltmağa və fermerlərin gəlir mənbəyini qorumağa kömək edən mütəxəssis qrupları, fermerlər və sənaye müəssisələri ilə əlaqə qururuq. Bu cəhdlər istixana emissiyalarını azaltmağa və iqlimin qorunması ilə bağlı öhdəliklərimizin yerinə yetirilməsi istiqamətində irəliləməyimizə kömək edir.