Yaxşı planet
Sağlam ətraf mühit
Təchizatçılarımız və istehsalçılarımızla əməkdaşlıq edərək biz tullantıları azaltmaq, tullantıların ətraf mühiti kirləndirilmələrinin qarşısını almaq və təbii ehtiyatları qorumaq üçün innovativ yollar tapırıq. İstifadə etdiyimiz qablaşdırma miqdarının azaldılmasında tutmuş, bərpa olunan enerji mənbələrinə sərmayə və kənd təsərrüfatının ekoloji və bərpaedici üsullarla aparılmasının önə çəkilməsi üzrə əməkdaşlığa qədər – biz bu gün və gələcəkdə icmalar üçün planetimizi qorumağa kömək etmək istəyirik.
“İnkişaf etməkdə olan bir qida sisteminin gələcəkdə təmin edilməsi sahəsində qida sənayesinin imkan və məsuliyyəti iqlim dəyişikliyinin təsirlərini azaltmağa və insanların qidalanması üzrə daha ekoloji yolları tapmağa kömək etməkdən ibarətdir. “McDonald's”ın fəaliyyətini sürətləndirməyə və daha ekoloji iş üsullarının geniş tətbiqinə üstünlük verməsi ilə qürur duyuram, halbuki bütün bunları COVID-19 pandemiyası şəraitində etmək lazım gəlir. Françayzerlərimizin, təchizatçılarımızın və istehsalçılarımızın dəstəyinə əsaslanaraq daha dayanıqlı və ekoloji cəhətdən təmiz bir sahəni qurmağı davam etdirə bilərik."
Françeska DeBias, "McDonald's" korporasiyasının İcraçı vitse-prezidenti və Təchizat üzrə baş direktoru
Təsir sahələrimiz
-
İqlim dəyişikliyinə qarşı mübarizə
-
Qablaşdırma və tullantılar
-
Meşələrin qorunması
İqlim dəyişikliyinə qarşı mübarizə
Restoranlarında, ofislərində və bütün təchizat zəncirində tullantıların azaldılması ilə əlaqəli elmi əsaslı bir hədəf təyin edən ilk qlobal restoran şirkəti məhz “McDonald’s” olub. Bərpa olunan enerji mənbələri daxil olmaqla ən böyük təsir imkanlarına sahib olduğumuz sahələrdə fəaliyyət göstərməyə üstünlük veririk.
Qablaşdırma və tullantılar
Qablaşdırmanın miqdarını azaltmaq, daha ekoloji materiallara keçmək, eləcə də müştərilərə onları təkrar istifadə və emal etməkdə yardımçı olmaq üçün dünyanın hər yerində qablaşdırma və təkrar emal üzrə yeni həlləri sınaqdan keçiririk. Bu gün biz qablaşdırmanı bərpa edilə bilən, təkrar emal edilmiş və sertifikatlaşdırılmış materiallardan əldə etməklə bağlı hədəfimizə təxminən 78% nail olmuşuq.
Meşələrin qorunması
2030-cu ilədək qlobal təchizat zəncirimizdən meşələrin qırılmasını aradan qaldırmaqla bağlı qarşımıza iddialı bir hədəf qoymuşuq və bu mürəkkəb problemin öhdəsindən gəlmək üçün birlikdə və təxirsiz çalışmağa qərarlıyıq. Ən böyük həcmdə aldığımız xammallarda və daha çox təsir göstərə biləcəyimiz sahələrdə əhəmiyyətli irəliləyişlər əldə edirik: mal əti, toyuq yemi üçün soya, qəhvə və lif əsaslı qablaşdırma. Hədəfimiz peyk xəritələməsi və sənayemizdə və ondan kənarda ən yaxşı təcrübələri bölüşmək kimi qabaqcıl texnologiyanı sınaqdan keçirərək transformasiya edici üsulları tətbiq etməkdir.