Выберите название населенного пункта или определите его автоматически

Sağlamlıq və Təhlükəsizlik

 

Sağlamlıq və Təhlükəsizlik

McDonald’s-da əməkdaşlarımızın və qonaqlarımızın təhlükəsizliyi bizim üçün başlıca prioritetdir. Bu gün biz dövlətin və səhiyyə orqanlarının tövsiyələrinə tam ciddiyətilə riayət edirik. Restoranın heyəti və ziyarətçilərini qorumaq üçün koronavirusa qarşı təhlükəsizlik tədbirlərini həyata keçirməyə davam edəcəyik.

Sizi və restoran heyətini qoruyaraq

                                             

Restoranın Təmizliyi

Sizin təhlükəsizliyinizi təmin etmək üçün biz tez-tez istifadə olunan yerləri – piştaxta, köşk və hamam otağını, həmçinin masa, oturacaq və məcməyi kimi əşyaları təmiz və dezinfeksiya olunmuş halda saxlamaq üçün mümkün hər şeyi edirik.

 

Fərdi Müdafiə Vasitələri

Restoranın bütün heyəti əlcək və maska kimi fərdi müdafiə vasitələrindən istifadə edir.

 

Gigiyena

Ciddi gigiyena normalarımıza əlavə olaraq gücləndirilmiş tədbirlər qismində restoranın bütün heyəti hər saat ciddi əl yuma prosedurlarını yerinə yetirir.

 

 

                                             

Oturma zonaları

Oturma zonaları istifadəyə verildikdə sosial məsafənin qorunması məqsədilə oturacaq yerləri məhdudlaşdırılacaq. Məlumatlandırıcı işarələr və restoranın personalı sizi boş olan təmiz yerə yönəldəcək və sifarişinizi masanıza çatdıracaq.

Sosial Məsafə

Məlumatlandırıcı lövhələr və personalımız lazımi ara məsafəsini qorumaqda sizə yardımçı olacaq.

 

 

 

 

 

 

 

 

 

 

Hər kəs üçün sifariş növləri

Siz öz sifarişinizi MakAvto və ya McDelivery vasitəsilə edə bilərsiniz.

                            

McDelivery®

McDelivery® vasitəsilə Wolt və ya Hungry.az ilə sifariş verdiyiniz sevimli yeməklərinizi birbaşa qapınızda qəbul edin.

MakAvto

Siz öz sifarişinizi MakAvto xidməti vasitəsilə edə bilərsiniz.